FOTOQRAFİK AŞKARLAYICI, a ş k a r l a y ı c ı – ekspozisiyadan sonra fotomaterial üzәrindә alınan görünmәyәn tәsviri aşkara çıxarmaq üçün işlәdilәn mәhlul; gizli tәsvirin mәrkәzindә atomar gümüşün qatılığını artırmaqla onu görünәn tәsvirә çevirir. F.a.-nın әsas tәrkibi tәsviri aşkarlayan (metol, hidroxinon, amidol, rәngli fotolar üçün dietilparafenilendiamin vә s.), oksidlәşmәdәn mühafizә edәn (adәtәn, natrium-sulfit), prosesi sürәtlәndirәn (qәlәvi – soda, potaş vә s.), fototәsviri vualdan qoruyan, yәni şәklin tutqun çıxmasının qarşısını alan (kalium-bromid, benzotriazol vә s.) maddәlәrdәn ibarәtdir. F.a. alınan tәsvirin tipinә (ağ-qara vә rәngli), aşkarlama sürәtinә (normal, tez vә yavaş), tәsir xüsusiyyәtinә (standart, xırda dәnәvәr, ştrixli) görә növlәrә ayrılır.