FOTOQRAFİK ÇEVRİLMƏ – fotosu çәkilәn obyektin işığahәssas material üzәrindә pozitiv tәsvirinin alınması. Demәk olar ki, bütün fotomateriallarda xüsusi kimyәvi-fotoqrafik emal vasitәsilә F.ç. aparılır, lakin әn yaxşı nәticә xüsusi çevrilmiş (yönәldilmiş) fotomateriallarda alınır. F.ç.-dәn әn çox hәvәskar çәkilişlәrdә diapozitivlәrin (slaydların), hәmçinin pozitivlәrdәn surәtlәrin alınması üçün, filmlәrin yaradılması zamanı, neqativlәrdәn kontratiplәmәdә (dublikatın çıxarılması) vә s. istifadә edilir.