FOTOQRAFİK YAZMA – sәs vә (vә ya) tәsvirin yazılması prosesi; fotomaterialın (fotoplyonka, kinoplyonka vә s.) hissәlәrindә optik sıxlığın dәyişmәsinә әsaslanır. F.y.-nın intensivliyi vә ya forması yazılan elektrik siqnallarına uyğun olaraq dәyişәn işıq, yaxud elektron şüalarının kömәyilә hәyata keçirilir. F.y.-dan sәsli kinolarda, televiziyada vә s. istifadә edilir.