Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FOTOQRAFİYA EMULSİYALARI 

    FOTOQRAFİYA EMULSİYALARI – bağlayıcıda (jelatin, sellüloza efirlәri vә s.) bәrabәr paylanmış işığahәssas gümüş-halogenidlәrin mikrokristallarının (dәnәlәrinin) suspenziyaları. Kristalların ölçülәrinә görә olduqca xırdadәnәli (0,01–0,1 mkm), xırdadәnәli (0,1–0,5 mkm), iridәnәli (0,5–1,0 mkm), olduqca iridәnәli (1–10 mkm) F.e.-na ayırd edilir.

    İşığahәssas gümüş-halogenidlәr 40– 50°C-dә suda hәllolan duzların ionlarının mübadilә reaksiyası üzrә bağlayıcının sulu mәhlulundan çökmә zamanı alınır. Gümüş tәrkibli reagentlәr kimi AgNO3[Ag(NH3)2]NO3, gümüşün üzvi birlәşmәlәri, halogen tәrkibli reagentlәrdәn K, Na vә daha az ammonium halogenidlәr istifadә olunur. Əvvәlcә müәyyәn ölçülü mikrokristalların yaranmasına sәbәb olan kristallaşma prosesi, sonra onların daha kiçik mikrokristalların hәllolması vә daha irilәrinin böyümәsi, koalessensiya, yenidәn kristallaşma (F.e.-nın fiziki yetişmәsi) nәticәsindә formalaşması baş verir. F.e.-nın sonradan kimyәvi yetişmәsi zamanı kristalların sәthindә gümüş-halogenidin kükürd S(II) birlәşmәlәri vә ya digәr maddәlәr ilә (bunlar bağlayıcının tәrkibindә olur, yaxud xüsusi olaraq daxil edilir) qarşılıqlı tәsirindәn gümüşün davamsız kompleks duzları әmәlә gәlir. Bu birlәşmәlәr parçalandıqda kristal qәfәsin strukturunun pozulmuş yerlәrindә işığahәssas mәrkәzlәr yaranır ki, bunlar da F.e.-nın әsas fotoqrafik xassәlәrini müәyyәn edir. F.e.-ın tәrkibindә onların istismar xarakteristikalarını yaxşılaşdıran müxtәlif funksional әlavәlәr (mәs., sensibilizasiyalaşdırıcı boyalar, stabillәşdiricilәr, isladıcılar, rәngli komponentlәr) daxildir; istifadәyә hazır olan F.e.-nın tәrkibindә 100-әdәk müxtәlif komponentlәr ola bilәr. F.e.-nın altlıq üzәrinә çәkilmiş vә qurudulmuş nazik tәbәqәsi (adәtәn 5–15 mkm) fotomaterialların işığahәssas tәbәqәsini әmәlә gәtirir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN