FOTOQRAMMÉTRİYA (foto + ... yun. γράµµα – yazı, tәsvir + ... metr) – fo- toşәkillәrә әsasәn obyektin ölçüsünü, formasını, vәziyyәtini tәyin etmәklә mәşğul olan sahә. Fotoşәkillәr fotoaparatla, radiolokasiya, televiziya, infraqırmızı, lazer sistemli üsullarla alınır. Fotoqrammetrik üsullarla ölçmә işlәri bilavasitә әrazinin tәsvirlәri üzәrindә aparılır. F.-nın üsulları Yerin vә digәr planetlәrin xәritәsinin tәrtibindә, buzlaqların, bitki örtüyünün, torpağın eroziyasının, dәniz dalğalarının, memarlıq abidәlәrinin öyrәnilmәsindә, kosmik tәdqiqatlarda, sualtı planalmada, hәrbi işlәrdә vә s. geniş tәtbiq edilir.