FOTOLÜMİNESSENSİYA – optik şüa vasitәsilә hәyәcanlandırılmış lüminessensiya. İşığın sәpilmәsindәn vә isti lüminessensiyadan fәrqli olaraq F. işıqla hәyәcanlanmış maddәdә relaksasiya proseslәri qurtardıqdan vә kvazitarazlıq yarandıqdan sonra buraxılır. Adi hallarda kvazitarazlıq ~ 10–12 – 10–10 san müddәtindә qәrarlaşır.
F. spektri Stoks qaydasına tabedir. Lüminessensiyanın sönmәsi baş vermәdikdә F.-nın kvant çıxışı (buraxılan kvantların udulan kvantlara nisbәti) vahidә bәrabәrdir. F.-nın kvant çıxışının hәyәcanlandıran işığın dalğa uz.-ndan asılılığı Vavilov qanunu ilә tәyin edilir. Kristallofosforların F.-sı zamanı daha mürәkkәb qanunauyğunluqlar müşahidә olunur (bunlar üçün F.-nın hәyәcanlanma intensivliyindәn qeyri-xәtti asılılığı xarakterikdir). F. lüminessent lampalarında, lüminessent analizindә, lüminessent defektoskopiyasında vә s. istifadә edilir.