Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FOTOMETRİK ANALİZ

    FOTOMETRİK ANALİZ – spektrin UB görünәn vә yaxın İQ sahәlәrindә molekulyar absorbsiya spektroskopiya üsulları qrupu; onlar dalğa uzunluqlarının müxtәlif diapazonlarında analitik siqnalların ölçülmә texnikası ilә fәrqlәnir. F.a.-ә vizual kolorimetriya, fotokolorimetriya, spektrofotometriya daxildir. F.a. tәyin olunan komponentin molekullarının vә ya onun uyğun reagentlә birlәşmәsinin elektromaqnit şüalarını seçici udmasına әsaslanır (bax Fotometriya). Optiki sıxlıq A (A =lg I0 /I, burada I0 vә I müvafiq olaraq düşәn vә maddәdәn keçәn şüaların intensivliyidir) analitik siqnaldır. A kәmiyyәti ilә udan tәbәqәnin qalınlığı l vә udan maddәnin molyar qatılığı C arasındakı asılılıq Buger – Lambert – Ber qanununu ilә ifadә olunur:

    A=ε • l• C.

    Miqdari F.a. Buger – Lambert – Ber qanununa vә Firordtun optiki sıxlığın additivlik prinsipinә әsaslanır. Çoxkomponentli qarışıqların F.a.-inin әsasını additivlik prinsipi tәşkil edir. F.a. ilә maddәlәrin 10−1 – 101 mkq/ml hәddindә qatılıqları (2–5% nisbi xәta ilә) tәyin edilir. Nisbi xәtanı, xü- susilә nümunәnin әsas komponentlәrinin (mәs., silisiumun süxurlarda) tәyinindә, 0,3–0,5%-ә qәdәr azaltmaq üçün differensial fotometriyanın variantından istifadә olunur. F.a.-in dәqiqiliyinin artırılmasının (xüsusilә, duru vә rәngsiz mәhlullarda tәyin zamanı) digәr üsulu fotometrik titrlәmәdir. F.a.-ın selektivliyini yüksәkselektivli fotometrik reagentlәrin istifadәsi vә reaksiyanın aparılması üçün lazımi şәraitin yaradılması ilә, spektrlәrin dәyişdirilmәsinin vә işlәnmәsinin xüsusi üsullarının tәtbiq edilmәsi ilә yüksәltmәk olar.

    Vizual kolorimetriya F.a.-in köhnә (19 әsrin әvvәlindәn mәlumdur), ucuz, sürәtli analiz edәn vә dәqiqliyi (nisbi xәta 10 – 30%) әn az olan variantıdır. Kolorimetrik analiz әn sadә cihazlardan – vizual kalorimetrlәrfotometrlәrdәn istifadә edilmәklә rәngli hәllolan maddәnin rәnginin intensivliyinә vә ya çalarlarına görә qatılığının tәyininә әsaslanır. Aqro- vә hidrokimyәvi laoratoriyalarda, analizin sınaq üsul
    larında tәtbiq edilir.

    Fotokolorimetriya üçün iki şüalı fotoelektrokolorimetrlәr istifadә olunur; onların şüalanma mәnbәyindәn (közәrmә lampası, bәzәn civә lampası) çıxan işıq dәstәsi işıq süzgәcindәn vә işıq selini ayıran prizmadan keçәrәk tәdqiq vә müqayisә edilәn mәhlullar olan küvetlәrә istiqamәtlәnәn iki dәstәyә bölünür; intensivliklәri bәrabәrlәşdikdәn sonra işıq seli iki şüalanma qәbuledicisinә (fotoelementlәrә) düşür. Fotokolorimetrin çatışmazlığı monoxromatorun olmamasıdır ki, bu da selektivliyin azalmasına sәbәb olur, üstünlüyü isә konstruksiyasının sadәliyi vә yüksәk hәssaslığıdır (nisbi xәta tәqr. 5%). F.a.-in yeni imkanları ölçmәnin nümunә götürülmәdәn vә küvetsiz aparılmasını tәmin edәn optiklifli fotometrlәrin meydana çıxması ilә bağlıdır.

    UB vә görünәn diapazonda udulmanın bütöv spektrlәrini almaq üçün ikişüalı skanerdәn vә çoxkanallı spektrofotometrlәrdәn istifadә olunur.

    F.a. kimya, qida, neft emalı sәnayesinin müәssisәlәrindәki nәzarәt-analitik laboratoriyalarında, kriminalistikada, k.t.-da, elmi-tәdqiqat işlәrindә vә s. istifadә olunur. F.a. әtarf mühitin monitorinqi vә toksik maddәlәrin tullantılarına nәzarәt edilmәsindә xüsusi әhәmiyyәt kәsb edir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN