FOTOMETRİK KƏMİYYƏTLƏR – optik şüalanmanın energetik xassәlәrinә әsasәn onu xarakterizә edәn kәmiyyәtlәr (energetik fotometrik kәmiyyәtlәr). Energetik F.k. şüalanma selinin sahәyә vә ya cisim bucağına görә törәmәlәridir (şüalanmanın gücü, energetik işıqlılıq, energetik ekspozisiya vә s.). Hәmçinin optik kәmiyyәtlәrin spektral sıxlıqlarından – energetik F.k.-in dalğa uzunluğuna vә ya tezliyә görә törәmәlәrindәn dә istifadә edilir.