Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FOTOMETRİYA 

    FOTOMETRİYA – fiziki optikanın bölmәsi: optik şüalanmanın emissiyası, yayılması vә maddә ilә qarşılıqlı tәsir proseslәrini energetik baxımdan tәdqiq edir. Belә ki, şüalanma enerjisi kiçik (lakin tәdqiq olunan elektromaqnit rәqslәrinin periodundan qat-qat böyük) zaman intervalları üzrә ortalaşdırılır.

    F.-da әsas energetik anlayış kimi elektromaqnit dalğalarının daşıdığı enerjini xarakterizә edәn Qe şüalanma enerjisi vә onun gücünü xarakterizә edәn Φe şüalanma selindәn istifadә edilir. Şüalanma selinin fәzada paylanmasını xarakterizә etmәk üçün bu selin sәthin sahәsinә vә ya cisim (fәza) bucağına görә törәmәlәri olan energetik fotometrik kәmiyyәtlәrdәn, hәmçinin, impuls fotometriyasında zamana görә inteqrallanmış fotometrik kәmiyyәtlәrdәn istifadә olunur.

    Fotometrik kәmiyyәtlәr әsasәn 2 qismә ayrılır: energetik fotometrik kәmiyyәtlәr vә işıq fotometrik kәmiyyәtlәr. İşıq fotometrik kәmiyyәtlәrinin energetik analoqlarından fәrqi ondadır ki, onlar işığı insanın görmә qabiliyyәtinin xüsusiyyәtlәrinә әsasәn xarakterizә edir. Energetik fotometrik kәmiyyәtlәr, adәtәn, “e” indeksi ilә, işıq fotometrik kәmiyyәtlәr isә “v” indeksi ilә fәrqlәndirilir (mәs., Xe , Xv).

    F.-nın әsas qanunauyğunluqlarından biri olan işıqlanmanın mәsafәyә görә kvadratik azalması hadisәsini hәlә 1604 ildә alman astronomu İ.Kepler müәyyәn etmişdir. Nöqtәvi işıq mәnbәyinin r mәsafәdә yaratdığı işıqlanmanın Ev qiymәti

    düsturu ilә tәyin olunur. Burada Iv işıq şiddәti, i isә işıqlanan sәthin normalı ilә düşәn şüanın әmәlә gәtirdiyi bucaqdır. Lakin F.-nın bir elm kimi formalaşması 1760 ildә alman fiziki İ.Lambertin işığın diffuz qayıtma prosesinin tәdqiqi (Lambert qanunu) ilә başlamış vә sonralar işığın udulma qanununun (Buqeр-Lambert-Ber qanunu) yaranması ilә davam etdirilmişdir.

    F.-da fotometrik kәmiyyәtlәri ölçmәk üçün vizual, fotoqrafik, fotoelektrik vә s. metodlardan vә müxtәlif cür fotometrlәrdәn istifadә olunur.

    F.-nın nәzәri vә eksperimental metodlarından işıq texnikasında, siqnalizasiya texnikasında, lazer texnikasında, pirotexnikada, astronomiyada, astrofizikada, qaz boşalması işıq mәnbәlәrinin vә ulduzların plazmasında işıq selinin daşınmasının hesablanmasında, maddәlәrin kimyәvi analizindә vә elәcә dә elm vә texnikanın başqa sahәlәrindә istifadә olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN