FOTONÜVƏ REAKSİYALARI – atom nüvәlәrinin γ-kvantlarla parçalanması. Nuklonların buraxılmasına gәtirәn F.r. n ü v ә f o t o e f f e k t i adlanır. Bu hadisәni 1934 ildә ilk dәfә C.Çedvik vә Amerika fiziki M.Qoldbaxer aşkar etmişlәr. Mürәkkәb zәrrәciklәrin – deytronların, α-zәrrәciklәrin vә s. uçub çıxması ilә gedәn proseslәr az ehtimallıdır. Bölünәn nüvәlәrdә (bax Atom nüvәsinin bölünmәsi) böyük ehtimalla fotobölünmә (γ,f) reaksiyaları gedir. γ-kvantların enerjisi zәrrәciklәrin uçub-çıxma hәddindәn aşağı olduqda fotonların elastik (γ, γ) vә qeyri-elastik (γ, γ′) sәpilmәsi baş verir; mezonların yaranması hәddindәn çox olduqda isә nüvәnin parçalanması ilә yanaşı fotodoğulma proseslәri (mәs., pionlar) baş verir. İstәnilәn nüvә reaksiyası kimi (bax Nüvә reaksiyaları) F.r. da γ – kvantların udulmasının σ effektiv kәsiyi (γ –kvantın ℇγ enerjisindәn asılı olan) ilә xarakterizә olunur. σ(ℇγ) asılılığının xarakterik cәhәti giqant rezonansa – yüngül nüvәlәrdә ~20–25 MeV, orta vә ağır nüvәlәrdә isә 13–18 MeV oblastında yerlәşәn bir neçә MeV tәrtibli enә malik böyük maks.-a malik olmasıdır. Giqant rezonansı γ – kvantların tәsiri ilә nüvәnin kollektiv sәrbәstlik dәrәcәlәrindәn birinin – protonların neytronlara nәzәrәn dipol rәqslәrinin hәyәcanlanması ilә әlaqәlәndirirlәr. F.r. nüvә strukturlarının öyrәnilmәsindә effektiv alәtdir.