Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FOTORESÉPTORLAR 

    FOTORESÉPTORLAR ( foto +... reseptorlar) – işıq kvantlarının udulmasına cavab olaraq fizioloji siqnalı (sinir, reseptorlu) generasiya edә bilәn işığahәssas vә işıqqәbuledici törәmәlәr. Geniş mәnada bütün işığahәssas törәmәlәr, o cümlәdәn fotobioloji proseslәri (fotosintez, fototropizm, fotoperiodizm vә b.) tәmin edәn bitki xloroplastları, yosun plastidlәri, bakteriya xromatoforları vә s. strukturlar onlara aiddir. Heyvanlarda da F.-ı müxtәlif strukturlar tәmsil edir. Onların işığa hәssaslığı reseptor molekullarının, o cümlәdәn görmә piqmentlәrinin mövcudluğundan asılıdır. Rәngli qamçılılarda F.-stiqmadır. Onurğasızların bir çoxunun, balıqların vә suda-quruda yaşayanların ayrı-ayrı növlәrinin diffuz işıqhәssaslığını bütün bәdәnә sәpәlәnә vә ya onun sәthindә vә dәrinliyindә cәmlәşә bilәn işığahәssas elementlәr (Hesse gözcüklәri, göz lәkәlәri vә s.) tәmin edir. Onurğasızların çoxunda F. ommatidilәrin uzunsov işığahәssas retinal hüceyrәlәridir. Onurğalılarda vә insanda F. tor qişada yerlәşәn çöpcüklәr vә kolbacıqlardır. Hәr iki tip reseptorlarda tәxminәn min membran diskindәn (çöpcüklәr) vә ya membran qatından (kolbacıqlar) ibarәt xarici seqment, hüceyrә orqanellalı daxili seqment, nüvә vә sinaps ayaqcığı olan bazal hissә ayırd edilir. Çöpcüklәrin xarici vә daxili seqmentlәri eyni ölçüdә, kolbacıqların xarici hissәsi daha yoğun vә qısa, konus formasındadır (adı da buradandır). Neyron şәbәkәsinin kömәyilә F. qanqlioz hüceyrәlәrdә birlәşir, sonuncuların aksonları informasiyanı baş beyinә ötürәn görmә sinirini әmәlә gәtirir. Çöpcüklәrin membran disklәrindә yalnız bir piqment var (onurğalıların çoxunda rodopsin); buna görә çöpcük görmә rәngli deyil. Çöpcüklәr işıqlanmanın aşağı sәviyyәsindә gecә görmәni tәmin edirlәr. Dәrinlikdә yaşayan balıqların, gecә vә toranlıq heyvanlarının tor qişasında yalnız çöpcüklәr olur. Kolbacıqlar gecә görmәdәn daha iti olan gündüz (rәngli) görmәni tәmin edir. Çöpcük görmәnin kolbacıq görmәyә nisbәtәn aydın olmamağı bir neçә çöpcüyün bir neyronla birlәşmәsinә әsaslanıb; hәr bir kolbacıq isә ayrıca sinir hüceyrәsi ilә әlaqәdardır vә görmә sinirinin tәrkibindә öz ötürücü yolu var. Tor qişada 3 qrup kolbacıq sәpәlәnib. Hәr qrupda işığın müxtәlif maksimumlarını udan görmә piqmentinin 3 formasından yalnız biri (insanda iodopsin) var. Gündüz vaxtı aktiv olan orqanizmlәrdә kolbacıqlar daha çoxsaylıdır. Kәrtәnkәlә, ilan, tısbağa, quş vә sünbülqıranların çoxunda tor qişa demәk olar ki, kobacıqlardan ibarәtdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN