Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FOTOSFER 

    FOTOSFER – ulduz atmosferinin (o cümlәdәn Günәşin) әn dәrin (alt) vә sıx qatı; ulduzun şüalandırdığı әsas enerji mәhz bu qatdan çıxır vә kәsilmәz spektrin (әsasәn görünәn) böyük hissәsi, hәmçinin Fraunhofer udulma xәtlәrinin әksәriyyәti dә burada formalaşır. Bir qayda olaraq, F. şüalanma tarazlığı halında olur. F.-in daha yüksәk qatlarında şüalanma ulduz atm.-ini asanlıqla tәrk edә bildiyindәn, daha yüksәk qatlara getdikcә temp-r azalır. Orta hesabla bu temp-r ulduzun effektiv temp-runa yaxındır. Baş ardıcıllığın ulduzları üçün F.-in ölçüsü (boyu, uz., eni) onların radiusunun 10–4 ¸10–3, ağ cırtdan ulduzlar üçün ~10–6, nәhәng vә ifratnәhәng ulduzlar üçün isә 10–3¸10–2 hissәsini tәşkil edir. F. kifayәt qәdәr qeyri-şәffaf mühitdir; o, ulduzun dәrinliklәrindәn gәlәn enerjini udur vә sonradan şüalandırır. F-dәki qazların orta sıxlığı ulduzların baş ardıcıllığının çox isti ulduzları üçün 10–9 q/cm3-dәn ağ cırtdanlar üçün 10–6 q/cm3-ә qәdәr intervalı әhatә edir. Ulduzlar içәrisindә Günәşin F.-i әn müfәssәl tәdqiq edilib. Günәşin sәthi kimi görünәn F.-inin qalınlığı 200–300 kmüst qatlardan alt qatlara doğru getdikcә temp-ru 4500–8000 K, qazların tәzyiqi 10–5 –10–3 dina/cm3 intervalında dәyişir. F. Günәşdә yeganә oblastdır ki, orada әn çox yayılmış element olan hidrogen nisbәtәn zәif ionlaş- ma sәviyyәsinә (~10–4) malikdir. Günәş tipli ulduzlarda F. qazlarının kifayәt qәdәr qeyri-şәffaf olması az sayda mәnfi hidrogen ionlarının mövcudluğu ilә izah olunur. Bir çox ulduzlarda olduğu kimi Günәş F.-indә dә temp-r qradiyentlәri nәinki şaquli, hәmçinin üfüqi (sәth üzrә) istiqamәtlәrdә dә müşahidә olunur. Belә F. hadisәlәrinә qranulyasiya, lәkәlәr vә mәşәllәr aiddir. Günәş F.-inin incә quruluşunu tәşkil edәn bu hadisәlәri fotosfer teleskopunun kömәyi ilә müşahidә etmәk olar. Ölçülәri tәxminәn 1000 km olan qranullar (konvektiv yolla mәrkәzdәn yuxarı qalxan isti plazmadan vә kәnara tökülәn soyuq plazmadan ibarәt olan konvektiv hüceyrәlәr) Günәş diskinin yarıdan çox hissәsinә yayılmışdır. Hәr bir qranulun yaşama müddәti ≈ 8 dәq.-dir. Bәzәn qranulların birlәşmәsindәn ölçülәri 30000 km (yaşama müddәtlәri 24 saat) olan super qranullar da әmәlә gәlir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN