FOTOSTÁT (foto + ... yun. στάτος – tәrpәnmәz, hәrәkәtsiz) – fotoqrafik üsulla müstәvi (ştrixli) orijinalların, mәs., çertyoj, rәsm, mәtn vә s.-nin surәtini çıxarmaq üçün qurğu. Fotoaparatdan, işıqlandırma qurğularından vә orijinalı bәrkitmәk üçün vasitәlәrdәn ibarәtdir; bәzi hallarda fotosurәtlәri avtomatik kimyәvi-fotoqrafik emal edәn qurğular da әlavә edilir. F. orijinalın böyüdülmüş, kiçildilmiş, yaxud onunla eyni ölçülü surәtlәrini almağa imkan verir.