FOTOŞƏKİLÇƏKMƏ – fotoaparat vasitәsilә fotomaterial üzәrindә şәklin ekspozisiya vermә yolu ilә alınması. Ekspozisiya verilmәsi nәticәsindә işığahәssas tәbәqәdә fotosu çәkilәcәk obyektin gizli tәsviri alınır. Müvafiq kimyәvi-fotoqrafik emal (aşkarlama, fotoqrafik sabilәşdirici) nәticәsindә görünmәyәn tәsvir görünәn neqativ vә ya pozitiv tәsvirә çevrilir.