FOTOTAKSİS (foto + ... yun. tάxis – yerlәşmә) – hәrәkәtli mikroorqanizmlәrin işıq stimuluna cavab olaraq hәrәkәt reaksiyası; taksislәrin bir növü. Zoosporların işığa reaksiyası da, hәmçinin hüceyrәlәrin daxilindә xloroplastların yavaş yerdәyiş- mәsi dә F. adlanır. Orqanizmin hәrәkәt xarakterinә görә 2 әsas tip F. olur: topotaksis vә fobotaksis. Topotaksis zamanı hüceyrәlәr işıq mәnbәyinә tәrәf (müsbәt topotaksis) vә ya ondan kәnar (mәnfi fototaksis) istiqamәtә hәrәkәt edirlәr; fobotaksis zamanı isә hüceyrә müxtәlif dәrәcәdә işıqlanmış sahәlәrin sәrhәdlәrinә çatdıqda hәrәkәt istiqamәtini әks tәrәfә dәyişir (şok reaksiyası, “qorxu” reaksiyası). Müsbәt fobotaksis daha kölgәli sahәyә keçmәnin qarşısını alır, bu da işıqlı sahәdә nizamsız hәrәkәt edәn hüceyrәlәrin toplanmasına sәbәb olur (işıq tәlәsi effekti). Mәnfi fobotaksis hüceyrәlәrin daha az işıqlanmış yerlәrdә toplanmasına kömәk edir. Hәr iki F. tipi üçün reaksiya işarәsi işığın intensivliyindәn asılı olduğu üçün (müsbәt, adәtәn işığın aşağı intensivliyindә, mәnfisi – çox işıqlanmada), F. fotosintez vә hüceyrәlәrin hәyat fәaliyyәti üçün optimal işıqlanma şәraiti seçimini tәmin edir vә F.-ә mikroorqanizmlәrin mühüm uyğunlaşdırma reaksiyası kimi dә baxıla bilәr. F. mexanizminә 3 әsas mәrhәlә daxildir: işığın udulması vә fotoreseptorda ilkin reaksiya; stimulun şәklinin dәyişmәsi vә siqnalın hәrәkәt aparatına ötürülmәsi; qamçıların hәrәkәtinin dәyişmәsi. Reaksiya mexanizminә görә ixtisaslaşmamış vә ixtisaslaşmış F. olur. Fotosintezedәn bakteriya vә bir sıra yosunlar üçün sәciyyәvi olan ixtisalaşmamış F. zamanı xloroplast vә xromatoforlarda yerlәşәn fotosintezedәn aparat fotoreseptor funksiyasını daşıyır, siqnalın yaranması isә orqanizmin yerdәyişmәsi ilә bağlı işıq intensivliyinin dәyişilmәsi zamanı fotosintezin ilkin proseslәrinin sürәtinin dәyişmәsi (elektron axını, fotofosforlaşdırma) ilә әlaqәlәndirilir. İxtisaslaşmış F.-i xüsusi aparat tәmin edir. Evqlenada o, fәzaca qamçı ilә әlaqәli vә rәnglәnmiş stiqmanın yan tәrәfindә yerlәşәn paraflaqellyar cisimdәn ibarәdir. Hәrәkәt zamanı (qaranlıqda, hәmçinin işıqda) hüceyrә bәdәninin uzununa oxu әtrafında fırlanır. Buna görә yan tәrәfindәn işıqlanan stiqma mütәmadi olaraq fotoreseptor olan paraflyagellar cismi kölgәlәndirir, bu da hәrәkәt istiqamәtini dәyişәn siqnalın yaranmasına gәtirir. Fotoreseptorda siqnalın yaranma mexanizmi elektrik potensialının generasiyası ilә әlaqәlidir. Stimul o vaxta qәdәr tәsir edir ki, hüceyrәfırlanaraq işıq axını istiqamәtinә paralel, fotoreseptorun kölgәlәnmәdiyi vәziyyәt alsın. Tәsvir olunan qurğu (bir neçә mkm hәcmli) yüksәk dәqiqliklә hüceyrәni işıq mәnbәyinә doğru vә ya ondan әks tәrәfә istiqamәtlәndirir vә avtomatik tәnzimlәnәn bioloji mikrosxemә nümunә ola bilәr. İxtisaslaşmış F.-i topotaksis, fobotaksis vә stop-reaksiyalar şәk-lindә tәzahür edә bilәr. Bәzәn çoxhüceyrәli heyvan orqanizmlәrinin işığa bәzi reaksiyaları da F. adlanır, lakin sinir sistemi vasitәsilә ifadә olunan bu reaksiyalar davranış fiziologiyası sahәsinә aiddir. F. tәbiәti tam aydın deyil, amma şübhәsiz ki, bu fotosintez vә görmә arasında olan fundamental prosesdir vә biofizika, molekulyar biologiya, bionika, mexanokimya, hüceyrә fiziologiyasının maraqlarının birlәşdiyi sahәyә aiddir.
Əd.: С и н е щ е к о в О . А., Л и т в и н Ф. Ф. Фототаксис микроорганизмов, его механизм и связь с фотосинтезом, “Успехи современной биологии”, 1974, Т. 78, в 1(4); F e i n l e i b M. E., C u r r y G. M. The nature of the photoreceptor in phototaxis, в кн. Handbook of sensory phusiologi, B.-Hdlb.- N.Y., 1971; D i e h n B. Phototaxis and sensory transduction in Euglena, “Science”, 1973, V. 181, N4104.