FOTOTERAPİYA (foto + ... terapiya), i ş ı q m ü a l i c ә s i – fizioterapiya üsulu; xәstә orqanizmә infraqırmızı, görünәn, yaxud ultrabәnövşәyi şüaların dozalanmış tәsirinә әsaslanmışdır. F.-da optik şüalarla yanaşı tәbii günәş şüalarından da istifadә olunur (bax Helioterapiya). İnsan orqanizminә işıq enerjisinin tәsiri onun istensivliyi, şüalanmanın müddәti vә elektromaqnit dalğalarının keçmә dәrinliyi (ultrabәnövşәyi şüalanma zamanı әn az, görünәn vә infraqırmızı şüalanmada әn çox) ilә müәyyәn edilir. F. üçün kalorik (istilik) vә lüminessent işıq mәnbәlәri istifadә olunur. Kalorik mәnbәlәrә közәrmә lampaları, Minin reflektoru vә s., lüminssent mәnbәlәrә civә-kvars, eritem vә qövs bakterisid lampaları aiddir. Ultrabәnövşәyi şüalarma ultrabәnövşәyi şüa çatışmazlığı zamanı, oynaqların, periferik sinirlәrin, әzәlәlәrin, dәrinin vә s. xәstәliklәrindә iltihab әleyhinә vә ağrıkәsәn vasitә kimi, pediatriyada raxitin vә s.-nin profikaktikası üçün tәtbiq olunur. Görünәn vә infraqırmızı şüaların tәtbiq olunması ilә istilik proseduraları başlıca olaraq yarımkәskin vә xroniki iltihabi proseslәrdә, nevralgiyalarda, әzәlә ağrılarında ağrıkәsәn vә iltihab әleyhinә vasitә kimi istifadә olunur.