FOTOTƏNƏFFÜS – i ş ı q t ә n ә f f ü s ü; işığın tәsiri altında bitki hüceyrәlәrindә baş verәn proseslәrin mәcmusu; nәticәdә oksigen udulur, karbon isә ayrılır. F.-ün mexanizmi vә onda iştirak edәn fermentlәr kifayәt qәdәr öyrәnilmәmişdir. Güman olunur ki, F. zamanı fotosintez prosesindә elektronların daşınması zamanı yaranmış bәrpa olunan maddәlәr qlikol vә qlioksil turşularının qarşılıqlı çevrilmәsi reaksiyalarında oksidlәşirlәr. Bәzi bitkilәrdә F. tamamilә intensiv gedir, bu prosesә fotosintez zamanı bәrpa olunan nikotinamidadenindinukletidfosfatın 50%-ә qәdәri sәrf olunur; bir sıra tropik bitkilәrdә F. ümumiyyәtlә müşahidә olunmur. Güman edilir ki, xüsusi inhibitorların kömәyilә F.-ün seçici yatırılması bir sıra k.t. bitkilәrinin mәhsuldarlığını artıra bilәr.