FOTOTİPİYA, f o t o t i p ç a p ı (foto +… yun. τύπος – zәrbә, iz, nümunә) – yastı çapın rastrsız üsulu. 1855 ildә fransız kimyaçısı A.Puatven tәrәfindәn ixtira edilmişdir. F. çap formasına (şüşә vә ya metal lövhә) çәkilmiş işığahәssas tәbәqәnin (jelatin vә dixromatlardan birinin mәhlulu, mәs., qәlәvi metalların dixromatı) fiziki- kimyәvi xassәlәrinin işığın tәsirindәn dә- yişmәsinә әsaslanır. F. zamanı reproduksiyanın keyfiyyәti çox yüksәk olur, lakin çap formasının tirajı 2000 nüsxәdәn çox olmur; әsasәn, kiçiktirajlı bәdii reproduksiya vәrәqlәrinin çapı vә faksimile nәşrlәrin buraxılmasında istifadә edilir.