FOTOTİRİSTOR (foto + ...tiristor) – işıq selinin tәsiri ilә bir dayanıqlı (aşağı keçiricilikli) vәziyyәtdәn digәrinә (yüksәk keçiricilikli) keçәn tiristor. F. işıqlandırılarkәn yarımkeçiricidә hәr iki işarәli yük daşıyıcıları (elektronlar vә deşiklәr) yarandığından tiristor strukturundan keçәn cәrәyan artır. Konstruktiv cәhәtdәn F. metal әsasda yerlәşdirilmiş vә işıq üçün şәffaf pәncәrәsi olan hermetik qapaqlı p–n–p–n, yaxud n–p–n–p strukturlu işığahәssas monokristaldır (adәtәn, silisiumdan). F.-u idarә edәn işıq mәnbәyi kimi elektrik közәrmә lampaları, impulslu qazboşalma lampaları, işıqşüalandıran diodlar, kvant generatorları vә s.-dәn istifadә edilir. Cәrәyan şiddәti bir neçә mA-dәn 500 A-әdәk, gәrginliyi onlarla V-dan bir neçә kV-adәk olan F.-lar hazırlanır. İdarәedici işıq şüalanmasının (dalğa uz. 0,9 mkm) gücü 1–100 mVt-dır. F. avtomatik idarәetmә vә mühafizә, elәcә dә hesablama texnikası qurğularında (fotorele, verilәnlәrin emalı sistemlәri vә s.), hәmçinin güclü yüksәkgәrginlikli çeviricilәrdә geniş tәtbiq olunur.