FOTOTRANSFORMÁTOR (foto... + transformator) – aerofotoçәkilişlәr zamanı әrazinin fototәsvirinin (planda) alınmasında meydana çıxan tәhriflәri aradan qaldırmaq üçün optik-mexaniki cihaz. Tәhriflәrә sәbәb fotoaparatda obyektivin optik oxunun çәkilәn sahәnin müstәvisinә nәzәrәn mailliliyi vә yer sәthinin әyriliyidir.