FOTOYIĞI – fotoyığı maşınlarında çap nәşrlәri zolaqlarının (sәhifәlәrinin) fotosurәtlәrinin (diapozitivlәr, yaxud neqativlәr) hazırlanması prosesi. Alınan diapozitiv (neqativ) surәtçıxarma yolu ilә hündür çap, ofset çapı, dәrin çap, fleksoqrafik çap kimi çap formalarının hazırlanması üçün istifadә edilir. F. mәtnin hәrf, rәqәm vә işarәlәrini işığahәssas material (fotoplyonka vә ya fotokağız) üzәrinә fotoqrafik üsulla köçürәn yığı maşınları ilә aparılır. F. texnologiyasına f o t o y ı ğ ı m a ş ı n ı n d a orijinalın mәtninin alınması, fotomaterialın emalı, diapozitivlәrin (neqativlәrin) korrekturası vә onların nәşrin maketinә uyğun montaj edilmәsi daxildir. F. maşınlarının çoxuna qoşulmuş kompüter qurğuları mәtni klaviaturada yığı sürәti ilә yığmağa imkan verir. Bir dәfә proqramlaşdırılmış kompüterlәrsәtrin eni, sütunun uzunluğu, interval (ara mәsafәsi) , mәtnin bәrabәrlәşdirilmәsi vә heca keçirmәlәrinә avtomatik nәzarәt edir. F.-da yığının yüksәkkeyfiyyәtli olması, әlvan metalların az işlәdilmәsi sәtirtökәn vә hәrftökәn yığını istifadәdәn çıxartdı.