Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FOVİZM

    FOVİZM (fr. fauve – vәhşi) – fransız boyakarlığında avanqardizmin ilk cәrәyanı. Tәqr. 1898 ildәn 1908 ilәdәk mövcud olmuşdur. Termini 1905 ildә Parisdә Müstәqillәrin payız salonunda nümayiş olunan әsәrlәrә yazdığı resenziyada L.Voksel işlәtmişdir. Cәrәyanın yaranmasını G.Moronun şagirdlәrinin fәaliyyәti ilә әlaqәlәndirirlәr (A.Matiss, A.Marke, J.Ruo, M. de Vlamink, A.Deren, R.Düfi vә b.) F.-in başqa bir mәnbәyi A.Deren vә M.Vilaminkin yaradıcılığı hesab olunur (1900–01); Deren 1899 ildәn Matissin yaradıcılığı ilә tanış idi. Sonralar Düfi, J.Brak, K. van Dongen vә b. F.-ә qoşulmuşlar. Cәrәyanın lideri Matiss hesab olunur. Alman ekspressionizmindәn fәrqli olaraq, F.-in düşünülmüş proqramı vә әxlaqi-fәlsәfi mәramı yox idi, o, 19 әsr bәdii әnәnәlәrinә qarşı sırf estetik etiraz, yeni, müstәqil boyakarlıq üsullarının tәsbiti idi. Yığcam obrazlı formullara, kәskin kompozisiya ritmlәrinә, dekorativ-lakonik rәsm manerasına, intensiv kolorit tәzadlarına meyil, P.Qogen, V.Van Qoq vә neoimpressionistlәrin әsәrlәrindә, primitiv sәnәt nümunәlәrindә, orta әsrlәr vә Şәrq incәsәnәtindә yeni impulslar axtarışı vә s. müxtәlif üslublu sәnәtkarları birlәşdirirdi. F. ikonoqrafiyası müxtәlifdir: peyzaja üstünlük vermәklә rәssamlar portret, teatr, kabare alәminә müraciәt edirdilәr. 1907 ildә Parisdә kubizmin formalaşmasına tәsir göstәrmiş P.Sezannın ölümündәn sonra tәşkil olunmuş onun әsәrlәrinin sәrgisi F.-in parçalanmasına sәbәb olmuşdur. F. üslubu 20 әsrdә bir sıra cәrәyana, o cümlәdәn abstrakt ekspressionizmә tәsir göstәrmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN