FOYAİT (Cәnubi Portuqaliyada Serra-di-Monşiki d-rında Foya zirvәsinin adından) – tamkristallik leykokrat intruziv süxur; nefelinli siyenitlәrin egirinli yaxud hornblendli növlәri. F.-in mineral tәrkibi tәqr. 60% kalium çölşpatlarından, 25–30% nefelindәn vә tәqr. 10% rәngli minerallardan (egirin-avgit, qәlәvi hornblend, az miqdarda dәmirli biotit) ibarәtdir; filiz minerallarına, titanit, apatit vә zirkona da rast gәlinir. F. geniş yayılmışdır, müxtәlif qәlәvi süxur komplekslәrinin tәrkibinә daxildir. Tikinti materialı kimi istifadә olunur.