FOYQT EFFEKTİ – maqnit optikası effektlәrindәn biri; maqnit sahәsinә perpendikulyar istiqamәtdә yerlәşdirilmiş bәrk cisimdә işığın yayılması zamanı onun qoşasınmasının baş vermәsi hadisәsidir. Alman fiziki V.Foyqt müşahidә etmişdir (1898). İşığın hәmin şәrtlәrlә qazda vә ya mayedә yayılması zamanı yaranan effekt Kotton–Muton effekti adlanır. Ən güclü F.e. maqnitnizamlı kristallarda baş verir.