Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FÖVQƏLADƏ TƏHQİQAT KOMİSSİYASI (FTK)

    FÖVQƏLADƏ TƏHQİQAT KOMİSSİYASI (FTK) – Azәrbaycan Xalq Cümhuriyyәtinin (AXC) rәsmi tәhqiqat orqanı. AXC hökumәtinin әvvәlcә xarici işlәr, sonra isә әdliyyә nazirliklәri yanında 1918 il iyulun 15-dәn 1920 ilin aprelinәdәk fәaliyyәt göstәrmişdir. FTK ermәni daşnaklarının azәrb.-ların hәyatına vә әmlakına qarşı cinayәtlәrini tәhqiq etmәk üçün tәsis olunmuşdu. AXC hökumәtinin xarici işlәr naziri M. Hacınskinin tәklifi ilә yaradılmış FTK (bu mәqsәdlә ilkin olaraq 50 min rubl pul ayrılmışdı) bütün zorakılıq hadisәlәrinin dәqiq qeydiyyatını aparmalı, bu zorakılıqların hәyata keçirildiyi şәraiti araş- dırmalı, cinayәtkarların vurduqları zәrәrin hәcmini müәyyәnlәşdirmәli idi. FTK-nın işinin nәticәlәrinin Azәrb., hәmçinin rus, fransız, alman dillәrindә dә elan edilmәsi qәrara alınmışdı. 7 nәfәrdәn ibarәt FTK-nın sәdri Ə.Xasmәmmәdov, üzvlәri isә İ.Şahmalıyev, A.Novatski, N.Sәfikürdski, N.Mixaylov, V.Qubvillo vә M.C.Axundzadә idilәr. Müxtәlif vaxtlarda A.Klige, M.Tәkinski, M.Şahmalıyev, H.Sultanov, A.Li- tovski, Ç.Klossovski, A.Hacırzayev, B.Yusifbәyov komissiya üzvü kimi fәaliyyәt göstәrmişlәr.

    FTK 1919 il yanvarın 6-da Paris sülh konfransına (1919–20) gedәn nümayәndә heyәti üçün Bakı, Quba, Şamaxı şәhәrlәrindә, Şamaxı, Göyçay, Cavad, Quba qәzalarında ermәnilәrin müsәlmanlara qarşı törәtdiklәri vәhşiliklәri sübut edәn 6 cilddәn ibarәt ilkin tәhqiqat materialı vә 95 әdәd fotoşәkil hazırlamışdı. 1919 il martın 21-dә AXC hökumәtinin qәrarı ilә FTK-nın sәlahiyyәtlәri genişlәndirilmişdi. 1919 il avqustun 23-dә FTK-nın sәdri Ə. Xasmәmmәdov әdliyyә naziri A.Sәfikürdskiyә mәlumatında bildirirdi ki, artıq Bakı ş.-ndә 24, Şamaxı qәzasında isә tәqr. 100 nәfәr istintaqa cәlb olunmuşdur. 1919 il avqustun 27-dә FTK üzvü Ç.B.Klossovski komissiyanın fәaliyyәti ilә әlaqәdar tәrtib etdiyi arayışda göstәrirdi ki, toplanmış materiallar 36 cild vә 3500 vәrәqdәn ibarәtdir. FTK törәdilmiş cinayәt hәrәkәtlәrinin tәşkilatçıları vә iştirakçıları olan şәxslәrә qarşı cinayәt işinin qaldırılması haqqında 128 mәruzә vә qәrar layihәsi hazırlamış, 194 ermәni canisinin mәsuliyyәtә cәlb edilmәsi barәdә mәsәlә qaldırmışdı. 1920 il yanvarın 11-dә Paris sülh konfransında Azәrb.-ın müstәqilliyinin de-fakto tanınması münasibәtilә AXC parlamentinin qәbul etdiyi amnistiya haqqında qanuna (1920, 9 fevral) әsasәn milli әdavәt zәminindә qaldırılmış cinayәt işlәrinә xitam verildi. Bundan sonra FTK-nın fәaliyyәti zәiflәdi.

    Tәqr. 20 ay fәaliyyәt göstәrmiş FTK- nın ermәnilәr, o cümlәdәn S.Şaumyanın başçılığı ilә Bakı XKS tәrәfindәn azәrb.-lara qarşı törәdilmiş kütlәvi soyqırımı cinayәtlәrinә dair topladığı çoxlu faktiki materiallar qiymәtli tarixi mәnbәlәrdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN