FRAXT (ing. freight) – nәql. vasitәlәri sahibinin göstәrdiyi xidmәtlәr, hәmin yüklәrin vә ya sәrnişinlәrin daşınması ilә bağlı xidmәtlәrә görә ödәniş; daşınan yük. F. mәblәği tәrәflәrin (yükdaşıyan gәminin sahibinә vә yükgöndәrәn) razılaşması әsasında hәr bir konkret sövdә üçün F. dәrәcәsi üzrә müqavilә ilә müәyyәnlәşdirilir. F. dәrәcәlәrini vә dәniz nәql. mәhsullarının (xidmәtlәrinin) qiymәtini ifadә edәn nәql. tariflәrini, müqavilә bağlayan tәrәflәr F. bazarında rәqabәti vә fraxtlama xidmәtlәrinә olan tәlәb ilә tәklif arasındakı nisbәti nәzәrә almaqla tәyin edirlәr. F. dәrәcәlәri yüklәrin istәnilәn istiqamәtdә daşınmasında tәtbiq olunduğuna görә F.-dan istifadә edәn üçün vә yalnız әqdin qüvvәdә olduğu dövrdә etibarlıdır. Müәyyәn xәtt üzrә yerinә yetirilәn reyslәrdә hәr bir yükgöndәrәn üçün eyni daşıma tariflәrindәn istifadә olunur. 1969 ildәn dünyada standart gәminin dәyәrindәn asılı olan, gәmilәrin ölçülәrindәn vә onların marşrutlarından isә asılı olmayan tanker F. dәrәcәlәrini müqayisә etmәk üçün şkala – F. indeksi işlәdilir.