Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRÁKİYA DİLİ

    FRÁKİYA DİLİ, F r a k i y a - d a k   d i l i frakiyalıların dili. Qәdim dövrdә Balkan y-a-nın şm.-ş.-indә, hәmçinin Kiçik Asiya y-a-nın şm.-q.-indә yayılmışdı. E.ә. 6–5 әsrlәrә aid yunan qrafikası ilә yazılmış vә çәtin başa düşülәn kitabәlәr, antik vә Bizans müәlliflәrinin әsәrlәrindәki çox sayda xüsusi isimlәr, qeydlәr, o cümlәdәn 3–4 әsrlәrә aid Dioskoridin siyahısındakı dak dilindә olan bitki adları ilә mәlumdur. Uyucikdәn (Kiçik Asiyanın şm.-q.-i) tapılmış e.ә. 3 әsrә aid Möziya әlifbası ilә olan yazılarda vә bәzi şәrhlәrdә rast gәlinәn idiomlar F.d.-ndәdir. 

    F.d. hind-Avropa dillәrinә daxildir, şәrti olaraq paleobalkan dillәrinә aid edilir, lakin daha dәqiq tәsnifatı mübahisәlidir. Herodotun F.d.-nin Frigiya dili ilә qohumluğuna dair fikri müasir tәdqiqatlarda qәbul edilmәmişdir. Bәzi dilçilәr dak-Möziya (V.Georgiyev, Bolqarıstan) vә dak-get (A.Vraçu, Rumıniya) dillәrini F.d.-ndәn ayırırlar. F.d.-nin izlәri müasir Balkan dillәrindә (rumın, alban, bolqar) saxlanılmışdır.

    Vokalizmindә 5 uzun vә qısa fonem (a, e, i, o, u), konsonantizmindә 18 samit, o cümlәdәn sonantlar, ai, ei, au, eu diftonqları var. Samitlәrin yerdәyişmәsi vә bәzi hallarda kökdә saitlәrin әvәzlәnmәsi sәciyyәvi xüsusiyyәtlәridir. F.d.-nin morfoloji quruluşunda ismin ayrıca halları (adlıq, yiyәlik, yönlük, yerlik), bir sıra sözdüzәldici elementlәr (son şәkilçi, ön şәkilçi), sifәt formaları var. Müәyyәn olunmuş leksik tәrkibinә, әsasәn, xüsusi isimlәr (tәqr. 1,5 min), şәrhlәr (tәqr. 30), dak dilindә bitki adları (tәqr. 40), kitabәlәrdәki sözlәr daxil edilir.

    F.d.-nin öyrәnilmәsindә V.Tomaşek (Avstriya-Macarıstan) vә D.Deçevin (Bolqarıstan) xidmәtlәri böyükdür. F.d. sonralar bolqar dilçilәri V.Georgiyev, V.Beşevliyev, İ.Duridanov, K.Vlaxov, rumın dilçilәri Y.Russu, A.Vraçu vә b. tәrәfindәn tәdqiq edilmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN