Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRAKİYALILAR 

    FRAKİYALILAR (yun. Θρᾷκες, lat. Thraci) – e.ә. 1-ci minillik – eramızın әvvәllәrindә Karpat-Balkan regionunun ş.-indә vә Kiçik Asiyanın q.-indә yaşamış xalqlar qrupu. İlk dәfә Homer tәrәfindәn Troya müharibәsindә Troyanın müttәfiqi kimi qeyd edilmişlәr; Herodot, Strabon vә b. antik müәlliflәr dә F. haqqında mәlumat vermişlәr. F.-ın frigiyalılarilliriyalılarla qohumluq әlaqәlәri müzakirә mövzusudur. F.-ın yunanlarla erkәn әlaqәlәrini Dionislә bağlı qәdim yunan kultunun formalaşması, Orfey haqqında miflәr vә s. tәsdiq edir. Lakin Karpat-Dunay regionunda (keçmiş adı “Frakiya Halştatı”) yayılmış erkәn Halştat dövrünә aid novçalı keramika mәdәniyyәtlәrinin F.-la bağlılığı şübhә altındadır; hәlәlik bu әlamәtlәr hәmin dövrә aid Cәnubi Bolqarıstan әrazisindәki oymalı vә ştamplanmış keramika mәdәniyyәtlәri üçün daha inandırıcıdır, mütәxәssislәr tәrәfindәn isә Basarab (B a s a r a b i) – Şoldeneşt mәdәniyyәti (e.ә. 8–7 әsrlәr; Rumıniya vә Moldovanın әsas әrazisi, Serbiya vә Bolqarıstanın bir hissәsi) ilә әlaqәlәndirilir. Şimali Qaradәnizyanının (Dnepr daxil olmaqla) bir sıra hidronimi skiflәrin bu әrazilәrә gәlişinәdәk F.-ın tәsiri ilә bağlı olmuşdur (Jabotin tipli, yaxud ondan әvvәlki abidәlәr). F.-ın tәsiri Bospor dövlәtinin onomastikasında da izlәnilir.

    E.ә. 5 әsrdә Balkan y-a-nın ş.-indә yunan koloniyaları ilә sıx әlaqәlәr qurmuş, Peloponnes müharibәsindә Afinanın tәrәfindә iştirak etmiş, Afina vә Makedoniya әyanları ilә sülalә nikahları bağlamış, II FilippMakedoniyalı İsgәndәrin dövründә qısa müddәt Makedoniyaya tabe olmuş Odris çarlığı formalaşmışdı. Qazanlıq sәrdabası, Panagürişte dәfinәsi vә s. zәngin tapıntılar hәmin çarlığın elitası ilә әlaqәlәndirilir. F.-ın Aşağı Dunaydan şm.-dakı iri birliklәri arasında getlәr vә onlara qohum daklar var idi. E.ә. 2 әsrdә onların әsas mәrkәzlәri Transilvaniya torpaqlarında (Sarmizegetusa vә s.) cәmlәnmiş, burada Burebistanın hakimiyyәti dövründә Orta (boylara qәdәr) vә Aşağı Dunayboyuna, Şimal-Qәrbi Qaradәnizyanıya (o cümlәdәn Olviyaya) yürüşlәr etmiş dakların dövlәti formalaşmışdı. E.ә. 1 әsr – eramızın 2 әsrinin әvvәllәrindә F.-ın әsas hissәsi Roma imperiyasının hakimiyyәti altına düşmüş vә romanlaşmaya mәruz qalmışdır. Romanın Dakiya әyalәtindәn şm.-da vә ş.-dә qalmış “azad daklar” (kostoboklar, karplar, Lipitsa mәdәniyyәti daşıyıcılarının bir hissәsi vә s.) 2–3 әsrlәrdә qonşu xalqlar vә gәlmәlәr tәrәfindәn assimilyasiya olunmuşlar. F.-ın nәsillәri müasir şәrqi roman vә cәnubi slavyan xalqlarının etnogenezindә iştirak etmişlәr.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN