Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRAKSİYA 

    FRAKSİYA (lat. fractio – parçalanma) – 1) parlamentdә, yaxud digәr tәmsilçi orqanda deputat qrupu. F. parlamentin mühüm, nisbәtәn müstәqil halqasıdır. Parlamentlәrdә F.-lar, adәtәn, bir sıra tәmsilçilik (parlamentin komitәlәrindә vә digәr orqanlarında), prosedur (qanun layihәlәrinin vә digәr mәsәlәlәrin müzakirәsi prosesindә), hәmçinin tәşkilati-texniki (iş otaqlarının, personalın, bәzi parlamentlәrdә maliyyә vәsaitlәrinin verilmәsi) xarakterli hüquqlara malik olur. Müasir dövrdә әksәr parlamentlәrin fәaliyyәti fraksiyalı әsaslarda qurulur. F. daxilindә bu vә ya digәr dәrәcәdә partiya intizamı qüvvәdә olur. F.-ya daxil olan deputatların mühüm mәsәlәlәrlә bağlı sәsvermәlәrdә iştirakı, bir qayda olaraq, F.-nın qәrarı ilә müәyyәnlәşir. Sәrt partiya intizamı olan F.-larda deputatın bu qәrarı yerinә yetirmәkdәn imtina etmәsi, yaxud F.-nın әksәr üzvlәri ilә hansısa digәr fikir ayrılıqları hәmin deputatın F.-dan çıxarılması ilә nәticәlәnә bilәr. Lakin bu hal deputatın statusuna tәsir etmir; bu sәbәbdәn deputat hәtta partiya siyahısı ilә seçildiyi halda belә deputat mandatını itirmir vә o, müstәqil deputat vә ya digәr F.-nın, yaxud deputat qrupunun tәrkibindә fәaliyyәtini davam etdirir. 2) Bu vә ya digәr siyasi partiya daxilindә partiya proqramının әsas prinsipial müddәalarına zidd siyasi proqramla çıxış edәn ayrıca qrup.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN