FRAKTOQRÁFİYA (lat. fractus – sınıq + ...qrafiya) – nümunә vә ya detalların mexaniki dağılmasından sonra üzәrindә әmәlә gәlәn sınıq sәthlәrin öyrәnilmәsi. F. dağılma prosesinin sәbәblәrini vә gedişini analiz etmәk mәqsәdilә, adәtәn işıq altında, yaxud elektron mikroskop ilә aparılır.