FRAMBÉZİYA (fr. framboise – moruq) – spiroxetozlar qrupundan xroniki infeksion dәri xәstәliyi. Amerika, Afrika, Asiya vә Okeaniyanın demәk olar ki, bütün tropik ölkәlәrindә yerli әhali arasında geniş yayılmışdır. Törәdicisi – Treponema (Spirochaeta) pertenuedir. Yoluxma, adәtәn, kontakt yolu ilә zәdәlәnmiş dәridәn baş verir vә qeyri-kafi sanitariya mәişәt şәraiti buna kömәk edir. F. şişәbәnzәr törәmә (moruğa oxşar) vә dәrinin xoralaşması ilә tәzahür edir; çox vaxt sümüyü zәdәlәyir, şiddәtli ağrı olur. M ü a l i c ә s i: bismut, arsen preparatları, antibiotiklәr. P r o f i l a k t i k a s ı: gigiyena qaydalarına riayәt etmәk, sanitariya mәişәt şәraitini yaxşılaşdırmaq.