FRAN MƏRTƏBƏSİ (Belçikada Kuven ş. yaxınlığındakı Fran k.-nin adından) – Devon sisteminin üst şöbәsinin alt mәrtәbәsi. 1862 ildә Belçika geoloqu J.Omalius d′Hallua ayırmışdır. Çöküntülәri, hәmçinin Ukraynada, Belarusda vә Uzaq Şәrqdә yayılmışdır. Azәrb.-da Nax. MR-dә var; gilli şistlәrin mikalı qumdaşı vә kristallik әhәngdaşı ilә növbәlәşmәsindәn ibarәtdir. Xarakter faunası: çiyinayaqlılar, ammonitlәr vә s.