FRANK Qleb Mixayloviç (11.5.1904, Nijni Novqorod – 10.10.1976, Moskva) – Rusiya biofiziki. SSRİ EA akad. (1966, m. üzvü 1960), Tibb EA m. üzvü (1945), SSRİ Dövlәt mükafatı lauredtı (1949, 1951). İ.M.Frankın qardaşı. Krım Un-tini bitirmişdir (1925). Leninqrad Fizika-Texnika İn-tunda işlәmiş (1929–33), Ümuittifaq Eksperimental Tibb İn-tunda biofizika şöbәsinin müdiri (1933–46), radiasiya laboratoriyasının rәhbәri (1946–48), 1948 ildә hәmin laboratoriyanın әsasında tәşkil edilmiş SSRİ Tibb EA-nın Biofizika İn-tunun direktoru (1948–51) olmuşdur. 1943–52 illәrdә SSRİ EA izotopların biofizikası vә şüalanması laboratoriyasının müdiri vә 1952 ildә onun әsasında Moskvada yaradılmış SSRİ EA-nın Bioloji Fizika İn-tunda işlәmişdir (1957 ildәn direktor). Əsas tәdqiqatları UB şüaların bioloji tәsirinә, әzәlә yığılmasının, sinir oyanmasının biofizikasına hәsr edilmişdir. İlk sovet elektron mikroskopunun yaradılmasında iştirak etmişdir. F.-ın tәşәbbüsü ilә bioloji fizika sahәsindә kompleks tәdqiqatların Koordinasiya Mәrkәzi yaradılmışdır. YUNESKO nәzdindә canlı hüceyrәnin öyrәnilmәsi üzrә Beynәlxalq cәmiyyәtin vitse-prezidenti (1964 ildәn), biofiziklәr tәşkilatı Beynәlxalq Şurasının üzvü (1961 ildәn), Beynәlxalq Astronavtika Akademiyasının hәqiqi üzvü (1966 ildәn), Mac. XR EA (1973) vә ADR EA-nın (1975) fәxri üzvü idi. 2 dәfә Lenin ordeni, 4 başqa orden vә medallarla tәltif edilmişdir.