Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANK (Franck) Sezar 

    FRANK (Franck) Sezar (Sezar Ogüst) (10.12.1822, Lyej – 8.11.1890, Paris) – fransız bәstәkarı, orqançalan, pedaqoq. Mәnşәcә belçikalıdır. Lyej konservatoriyasında oxumuş, sonralar Paris konservatoriyasında P.J.Simmerman (fp.), F.Benua (orqan) vә E.Leborndan (kompozisiya) dәrs almışdır. 13 yaşından Belçikanın müxtәlif şәhәrlәrindә vә Parisdә pianoçu kimi müvәffәqiyyәtlә çıxış etmişdir. 1842 ildә F.Listlә tanış olmuşdur. 1843 ildәn Parisdә yaşamışdır. 1858 ildәn ömrünün axırınadәk Sent-Klotild kilsәsinin orqançalanı. 1872 ildәn Paris konservatoriyasının orqan sinfi üzrә prof.-u olmuşdur. 1886 ildәn Fransanın Milli Musiqi Cәmiyyәtinә rәhbәrlik etmişdir. Orqançı kimi şöhrәt qazanmışdır. 1880-ci illәrdә Brüsseldә, Antverpendә vә başqa şәhәrlәrdә F.-ın әsәrlәrindәn ibarәt konsertlәr tәşkil olunmuşdur. F. romantik yönlü bәstәkardır; yaradıcılığına İ.S.Baxın vә L. van Bethovenin, son dövr romantiklәrinin (R.Vaqner, F.List), fransız vә Belçika milli musiqi әnәnәlәrinin tәsiri olmuşdur. F. simfonik, orqan, fp. әsәrlәrinin, oratoriyaların, romansların, dini musiqilәrin müәllifidir. Yaradıcılığında әsas yeri instrumental әsәrlәr tutur: d-moll simfoniyası (1888), violin vә fp. üçün sonata (1886; bu günәdәk violinçalanların kamera repertuarına daxil edilir), d-dur simli kvarteti (1889), orqan üçün 3 xoral (1890), fp. üçün prelüdiya, xoral vә fuqa (1884) vә s.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN