FRANK Tenni (19.5.1876, Kanzas ştatı, Kley – 3.4.1939, İngiltәrә, Oksford) – Amerika antikşünası. Baltimordakı Cons Hopkins Un-tinin prof.-u (1919 ildәn), Amerika Filologiya Assosiasiyasının prezidenti (1929), Britaniya Akademiyasının m. üzvü, Amerika İncәsәnәt vә Elmlәr Akademiyasının, Amerika Fәlsәfә Cәmiyyәtinin üzvü olmuşdur. Qәdim Romanın iqtisadi tarixinә vә әdәbiyyat tarixinә dair çoxsaylı әsәrlәrin müәllifidir: “Romanın iqtisadi tarixi” (“An economic history of Rome”. Balt., 1920), “Qәdim Romanın iqtisadi icmalı” (“An economic survey of Ancient Rome”. V. 1–5, Balt., 1933–40) vә s.
Ə s ә r l ә r i: Roman Imperialism. N.Y., 1914; Roman buildings of the Republic. Rome, 1924; Catullus and Horace. N.Y., 1928; Aspects of social behavior in Ancient Rome. Camb., 1932; A history of Rome. N.Y. [1934]; Life and literature in the Roman Republiс. Berkeley, 1961.