Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANK DÖVLƏTİ

    FRANK DÖVLƏTİ, F r a n k   k r a l l ı ğ ı (lat. Regnum Francorum) – 5 әsrin sonundan 9 әsrin ortalarınadәk Qәrbi Avropada mövcud olmuş ilk iri erkәn feodal dövlәti. Çiçәklәnmә dövründә Qәrbi Avropanın çox hissәsini vә Mәrkәzi Avropanın bir hissәsini әhatә etmiş, qonşu әrazilәrin siyasi vә mәdәni inkişafına güclü tәsir göstәrmişdir. F.d. tarixindә 2 mәrhәlә müәyyәnlәşdirilir: 5 әsrin sonu – 8 әsrin әvvәllәrini әhatә edәn erkәn feodal münasibәtlә-rinin formalaşması mәrhәlәsi (“Merovinqlәr dövrü”) vә 8 әsr – 9 әsrin ortalarını әhatә edәn inkişaf etmiş feodalizm mәrhәlәsi (“Karolinqlәr dövrü”). F.d.-nin әsasını 5 әsrdә Qalliyanın şm.-ında vә Reyndәn ş.-dәki qonşu torpaqlarda formalaşmış frank tayfa ittifaqı (bax Franklar) tәşkil etmişdir. F.d.-nin yarımәfsanәvi hakimi Merovey [448–457] ilk frank konunqları sülalәsi Merovinqlәrin banisi, ilk mәlum hakimi I Xilderik [457–481] isә, ehtimal ki, Meroveyin oğlu olmuşdur.

    F.d. Qәrbi Roma imperiyasının tәnәzzül etdiyi dövrdә, Merovinqlәr sülalәsindәn olan I Xlodviqin [481–511] başçılığı ilә salik franklarının Qalliyanı (indiki Belçika, Lüksemburq, Niderland vә Fransanın bir hissәsi) işğal etmәlәri (486) nәticәsindә yarandı. Uzunmüddәtli müharibәlәr zamanı Reynin orta vә yuxarı axarında yaşayan alemanların tabe edilmәsi (496), vestqotların Akvitaniyadakı (507) vә şәrqi frankların Reynin aşağı axarındakı mülklәrinin işğalı F.d.-nin әrazisini genişlәndirdi. Xlodviqin oğulları dövründә burqundlara mәxsus kralıq (534), Provans (536), alemanların Alpyanı mülklәri, türinglәrin Vezer vә Elba çayları arasında yerlәşәn torpaqları (6 әsrin 30-cu illәri) vә bavarların Dunayәtrafı әrazilәri (6 әsrin 50-ci illәri) tabe edildi; frankların hakimiyyәtini sakslar da qismәn tanıdı. Frankların digәr german tayfaları ilә birgә Qalliya әhalisinin tәqr. 10–15%-ini tәşkil etmәlәrinә baxmayaraq, ictimai-siyasi vәziyyәt salik franklarının hәrbi uğurları üçün şәrait yaradırdı. Xlodviqin katolisizmi qәbul etmәsi vә katolik yepiskopluğu ilә әlaqә yaratması frankların katolik qall-Roma әhalisi ilә dostluq münasibәtlәrini tәmin edirdi. Ta- beliyindәki xalqlar arasında siyasi vә etnik müxtәliflik dә frankların qәlәbәlәrini asanlaşdırırdı. Reynaşırı vilayәtlәrdә 6–7 әsrlәrdә icma münasibәtlәri üstünlük tәşkil edir, onların dağılması prosesi olduqca lәng gedirdi. Frankların icma vә qall-Roma son antik dövr münasibәtlәrinin qarşılıqlı tәsiri yalnız ayrı-ayrı protofeodal elementlәrinin yetişmәsindә özünü büruzә verirdi. Somma vә Sena çayarasında (Şimali Neystriya) isә frankların icma institutlarının son antik institutlarla sintezi daha sürәtlә gedirdi. Artıq 6 әsrin sonunda burada franklar arasında allodun tam forması yarandı; 7 әsrdә iri senyor torpaq mülkiyyәti vә feodalların meydana gәlmәsi ilә feodal münasibәtlәri formalaşmağa başladı. Senadan c.-da vә xüsusilә Luaradan c.-da yalnız tәcrid olunmuş frank mәskәnlәri var idi, әrazinin böyük hissәsindә qulların vә kolonların istismarının davam etdiyi son Roma malikanәlәri mövcud idi; Şimali Qalliya ilә müqayisәdә burada şәhәr tipli mәskәnlәr, sәnәtkarlıq vә ticarәt saxlanılmışdı.

    F.d.-nin ayrı-ayrı hissәlәrindәki sosial-iqtisadi inkişaf xüsusiyyәtlәrinin müxtәlifliyi onların siyasi tәşkilatlarında da özünü büruzә verirdi. F.d.-nin c.-unda dövlәt strukturlarına Romanın tәsiri xüsusilә nәzәrә çarpırdı. Əsas inz. әrazi vahidi şәhәr dairәsi (civitas) idi; Roma munisipal kuriyaları, hәmçinin Romanın vergi, gömrük vә pul sistemi uzun müddәt saxlanılmışdı. Luaradan şm.-da Romanın yerli idarәçilik sistemi, әsasәn, şәhәrlәrdә qalmışdı (6 әsrәdәk); digәr әrazilәrdә inzibati quruluş frank hәrbi demokratiya institutlarının tәsirilә inkişaf edirdi. Burada әsas әrazi vahidi bir neçә yüzlükdәn ibarәt dairә (pagus) idi; dairәlәrdә vә yüzlüklәrdә müәyyәn mәhkәmә işlәrinә vә bәzәn inzibati mәsәlәlәrә baxan azad adamların (malius) xalq yığıncaqları fәaliyyәt göstәrirdi. Lakin artıq 6 әsrdә vә xüsusilә 7 әsrdә kral tәrәfindәn tәyin olunan qraflara mühakimә, xәzinә ilә bağlı hüquqların, yerli qoşunlara komandanlıq etmәk hüququnun verilmәsilә onların sәlahiyyәtlәri genişlәndirildi. Hәr il keçirilәn vә hәrbi baxış xarakteri daşıyan ümumfrank hәrbi yığıncaqları (“Mart toplanışları”) da siyasi әhәmiyyәtini itirdi. F.d.-ndә ali qanunverici, hәrbi vә icraedici hakimiyyәt tәdricәn irsi kralların әlindә cәmlәşdi.

    Xlodviqin ölümündәn sonra Avstraziyada (F.d.-nin şm.-ş. hissәsi), Neystriyada (Şimal-Qәrbi Qalliya), Burqundiyada (keçmiş Burqund krallığının әrazisi) Merovinqlәr sülalәsinin müxtәlif qolları möh- kәmlәndi. Bu vilayәtlәri idarә edәn kralların hәr birinin öz sarayı vә qoşunu var idi; vaxtaşırı әyanlardan vә yepiskoplardan ibarәt kral şurası çağırılırdı.

    F.d.-nin ayrı-ayrı hissәlәrinin sosial-iqtisadi vә ictimai-siyasi xüsusiyyәtlәri onların etnik vә mәdәni inkişafına tәsir göstәrirdi. 6–7 әsrlәrdә latın dilinin üstünlük tәşkil etdiyi Akvitaniyada vә Burqundiyada dünyәvi tәhsil ünsürlәri saxlanılmışdı. Avstraziyada, hәmçinin Reyndәn ş.-dәki vilayәtlәrdә german dillәri üstün idi. Neystriyada frank vә qall-Roma әhalisinin intensiv assimilyasiyası gedirdi; latın dili әsasında burada roman dialektlәri formalaşırdı. Xristian dini c.-da daha geniş, şm.-da isә yalnız şәhәrlәrdә yayılmışdı. F.d.-nin şm. vilayәtlәrindәki kәndlilәr xristian dinini 7–8 әsrlәrdә, ş. vilayәtlәrindә isә 8–9 әsrlәrdә qәbul etmişdilәr. Frank kralları katolik kilsәsinin son Roma dövründәn qalma imtiyazlarına (vergilәrdәn azad olunması, ruhanilәr üzәrindә kilsә yurisdiksiyasının tanınması vә s.) yeni imtiyazlar da әlavә edirdilәr. Kral bәxşişlәri hesabına kilsәnin torpaq mülkiyyәti sürәtlә artırdı.

    F.d.-nin genişlәnmәsi prosesindә qall-Roma malikanәlәrini orada xidmәt edәn qullar vә kolonlarla birgә әlә keçirmiş, hәmçinin azad әhali üzәrindә inzibati-mәhkәmә hüququna malik frank әyanları әhә- miyyәtli dәrәcәdә güclәndilәr. İri torpaq mülklәri vә sosial-siyasi imtiyazlar әyanların iqtisadi vә siyasi cәhәtdәn müstәqilliyini tәmin etdi vә daxili çәkişmәlәr üçün zәmin yaratdı. F.d.-ndә ara müharibәlәri 6 әsrin sonunda xüsusilә kәskinlәşdi. Xlodviqin nәticәsi II Xlotarın [613–629] dövründә әyanlar özlәrinin bir sıra imtiyazlarını qanunilәşdirilmәyә vә yerli idarәetmә üzәrindә qismәn nәzarәtә nail oldular. Əyanların güclәnmәsinin qarşısını qısa müddәtә almış II Xlotarın oğlu I Daqobertin [629–639] ölümündәn sonra kral hakimiyyәti tamamilә tәnәzzülә uğradı. Bütün dövlәt hakimiyyәti mayordomların әlindә cәmlәndi. Əyanların separatizmi Avstraziyanın, Neystriyanın, Burqundiyanın vә Akvitaniyanın bir-birindәn daha da ayrılmasına sәbәb oldu.

    8 әsrin birinci yarısında F.d.-nin siyasi qüdrәti bәrpa olundu. 7 әsrin sonu – 8 әsrin әvvәllәrindә ara müharibәlәri gedişindә Avstraziya әyanı Heristallı Pipin tәkcә Avstraziyanı deyil, Neystriya vә Burqundiyanı da hakimiyyәti altında birlәşdirdi. Heristallı Pipinin oğlu Karl Martell [715–741] bu krallıqların mayordomu olmaq hüququnu saxlamaqla yanaşı, Türingiya, Alemanniya vә Bavariya, hәmçinin Akvitaniya vә Provans üzәrindә frankların hakimiyyәtini bәrpa etdi. Onun Puatye yaxınlığındakı vuruşmada (732) әrәblәrә qalib gәlmәsi onların Qәrbi Avropaya hücumunun qarşısını aldı. Karl Martell hәrbi xidmәt müqabilindә şәrti torpaq mülkiyyәti verilmәsini nәzәrdә tutan benefisi islahatı keçirdi. 751 ildә Karl Martellin oğlu Gödәk Pipin [751–768] Roma papası Zaxarinin dәstәyi ilә özünü F.d.-nin kralı elan edәrәk Karolinqlәr sülalәsinin әsasını qoydu. Ardınca Roma papası II Stefanın çağırışı ilә lanqobardlara qarşı İtaliyaya yürüş edәrәk (754; 757), onları F.d.-nin ali hakimiyyәtini tanımağa, lanqobard kralı Aystulfu әvvәllәr әlә keçirdiyi Roma vilayәtinin şәhәrlәrini vә Ravenna mahalını Roma papasına vermәyә vadar etdi (bax Papa vilayәti). Gödәk Pipinin zamanında Alemanniya vә Bavariyada üsyanlar yatırıldı, Septimaniya әrәblәrdәn alındı (759) vә Akvitaniya yenidәn tabe edildi. F.d.-nin әn qüdrәtli dövrü Pipinin oğlu Böyük Karlın [768–814] hakimiyyәt illәridir. Lanqobardları yenidәn mәğlubiyyәtә uğradan Böyük Karl onların İtaliyadakı mülklәrini F.d.-nә birlәşdirmiş (773 –774), Saksoniyanı tutmuş (772–804), Pireneylәr ilә Ebro çayı arasındakı әrәb vilayәtlәrini әlә keçirmiş (785–811), uzunmüddәtli müharibәlәrdәn sonra Avar xaqanlığına son qoymuşdu (805). Papalıqla ittifaq siyasәti yürüdәn Karlı 800 ildә Roma papası III Lev imperator elan etdi. 8 әsr – 9 әsrin әvvәllәrindә aparılan aramsız müharibәlәr F.d.-nin ictimai hәyatında köklü dәyişikliklәrә sәbәb oldu: Reyn ilә Luara arasındakı vilayәtlәrdә “aqrar münasibәtlәrdә çevriliş” baş verdi vә azad allodçuların çoxunun torpaqlarının әyanların hakimiyyәtinә keçmәsi nәticәsindә feodal torpaq mülkiyyәtinin formalaşması prosesi sürәtlәndi; әsasәn, asılı kәndlilәrin biyar әmәyindәn istifadә olunduğu domenlәr başlıca tәsәrrüfat sahәsinә çevrildi; feodallar arasında vassallıq sistemi yayıldı. Nәticә etibarilә, 8–9 әsrlәrdә feodal münasibәtlәri qalib gәldi. F.d.-nin siyasi sistemindә hәrbi demokratiya institutlarının qalıqları aradan qalxdı, ümumfrank hәrbi yığıncaqları da qәti olaraq ildә bir dәfә keçirilәn feodal süvari qoşunlarının baxışı (“May toplanışları”) ilә әvәz olundu. Feodal әyanları maraqlarının müdafiәçisinә çevrilmiş kralın ali hakimiyyәti tanındı. Əhalinin bütün tәbәqәlәrinin hüquqi statusunu kral kapitulyarilәri müәyyәnlәşdirirdi. İmmunitet hüququna malik senyor mülklәri istisna olmaqla, yerlәrdә bütün mәhkәmә, inzibati vә hәrbi hakimiyyәt qrafların vә markqrafların әlindә idi. Dairәlәrdә vә yüzlüklәrdә ümumi mәhkәmә iclasları yuxarıdan tәyin olunan andlılar kollegiyası ilә әvәzlәndi. Böyük Karlın keçirdiyi hәrbi islahata görә, orduda benefisi sahiblәrindәn başqa, istifadәsindә tәqr. 3–4 pay torpağı (mans) olan nisbәtәn varlı azad torpaq sahiblәri xidmәt edirdilәr.

    8 әsrin sonları – 9 әsrin әvvәllәrindә F.d.-nin iqtisadi vә mәdәni inkişafı xeyli canlandı: yeni torpaqların şumlanmasına başlanıldı, sәnәtkarlıq inkişaf etdi, xarici ticarәt genişlәndi. Aralıq dәnizinin mәdәni mәrkәzlәri, hәmçinin İrlandiya ilә әlaqәlәr bәrpa olundu. F.d.-ndә mәktәblәrin yaradılması, savadlılığın artması әdәbiyyata, dünyәvi elmlәrә, tәsviri incәsәnәtә maraq oyatdı (bax “Karolinq renessansı”).

    Feodal әyanlarının iqtisadi vә siyasi cәhәtdәn güclәnmәsi nәticәsindә 9 әsrdә torpaq bәxşişlәri vә vәzifәlәri faktiki olaraq irsәn keçmәyә başladı. Nәticәdә kral hakimiyyәtinin nüfuzu vә qüdrәti sarsıldı, ara müharibәlәri yenidәn kәskinlәşdi. Böyük Karlın oğlu Mömin Lüdovikin [814–840] imperiyanın bütövlüyünü saxlamaq cәhdlәri dә uğursuz oldu. Verden müqavilәsinә (843) görә, imperiya Mömin Lüdovikin oğulları Daz Karl, Alman Lüdovik vә Lotar arasında 3 hissәyә parçalandı vә faktiki olaraq Avropanın 3 müasir dövlәtinin – Fransa, Almaniya vә İtaliyanın әsası qoyuldu. Neystriya, Burqundiya vә Akvitaniya Qәrbi Frank krallığının tәrkibinә qatılaraq Daz Karlın (II K a r l), Reyndәn ş.-dәki vә Alpdan şm.-dakı vilayәtlәr Alman Lüdovikin, İtaliya, hәmçinin Reynboyu әrazilәr imperator titulunu saxlamış I Lotarın hakimiyyәtinә keçdi. İmperiyanın parçalanması bir tәrәfdәn I Lotar vә Akvitaniyalı Pipinin, digәr tәrәfdәn isә Qәrbi vә Şәrqi Frank kralları II Karl vә Alman Lüdovikin iştirakı ilә yeni ara müharibәlәrinә sәbәb oldu. I Lotarın ölümündәn (855) sonra onun dövlәti 3 oğlu arasında bölüşdürüldü; onlardan ikincisinin – II Lotarın payına, әsasәn, Reyndәn q.-dәki әrazilәr düşdü vә hәmin әrazilәr Lotaringiya adlandırıldı. Böyük I Lotarın mirası uğrunda mübarizә F.d.-nin vә Karolinqlәr sülalәsinin zәiflәmәsinә gәtirib çıxardı.

    Bütün frankların sonuncu hökmdarı vә imperatoru kimi tanınan Böyük Karlın nәticәsi III Karl (Ş i ş m a n   K a r l) (ö. 888) normanlara qarşı inadlı müqavimәt tәşkil edә bilmәdiyi üçün tezliklә Qәrbi Frank әyanlarının inamını itirdi. 887 ilin sonunda Şәrqi Frank krallığında hakimiyyәti onun qardaşı oğlu Arnulf әlә keçirdi. Qәrbdә isә Paris qrafı Güclü Robertin (ö. 866) oğlu Parisli Ed (O d o n) [888–898] yeni kral oldu; hәr ikisi Fransanın gәlәcәk paytaxtının normanlardan müdafiәçisi kimi tarixә düşdü. Onlar 10 әsrin sonlarından Kapetinqlәr sülalәsi kimi tanınan, Böyük Fransa inqilabı (18 әsr) dövrü istisna olmaqla, 1848 ilәdәk Fransanı idarә etmiş Robertinlәr sülalәsinin әsasını qoydular. Karolinqlәr bir neçә onillik әrzindә (987 ilәdәk) Fransada öz hakimiyyәtlәrini bәrpa etmәyә, 10 әsrin әvvәllәrinәdәk onu Almaniya vә İtaliyada saxlamağa nail olsalar da, vahid F.d.-nә son qoyuldu.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN