FRANKFURT MİLLİ MƏCLİSİ (1848–49), F r a n k f u r t p a r l a m e n t i – Almaniyada 1848–49 illәr inqilabı dövründә ölkәni birlәşdirmәk, ümumalman konstitusiyasını hazırlamaq vә siyasi dağınıqlığı aradan qaldırmaq mәqsәdilә çağırılmış ümumalman milli mәclisi. F.m.m. işә başlamadan әvvәl Parlamentöncәsi (1848, mart) fәaliyyәt göstәrmiş vә birbaşa ümumi seçkilәr әsasında 50 min nәfәrdәn 1 deputat seçmәklә ümumalman milli mәclisinin ça- ğırılması haqqında qәrar qәbul etdi. 1848 il mayın 18-dә Frankfurt-Maynda fәaliyyәtә başlamış mәclis H. fon Qagernin sәdrliyi ilә 585 deputatdan ibarәt idi. F.m.m.-nin fәaliyyәti gedişindә gәlәcәk siyasi partiyaların özәyini tәşkil edәn siyasi klublar (monarxist sağlar, sağ vә sol mәrkәzçi liberallar, demokratik yönümlü sollar) formalaşdı. Müzakirәlәr zamanı Almaniya probleminin hәllinin, yәni ölkәnin Avstriya imperiyası da daxil olmaqla, yaxud daxil olmamaqla birlәşdirilmәsi ilә bağlı “kiçik alman” vә “böyük alman” istiqamәtlәri işlәnib hazırlandı. Danimarka-Prussiya müharibәsinin (1848–50) başlaması parlamentin elan etdiyi prinsiplәrin yenidәn nәzәrdәn keçirilmәsi üçün bәhanә oldu, milli vә dövlәt yanaşmalarının toqquşmasına gәtirib çıxardı. Uzun müzakirәlәrdәn sonra F.m.m. 1848 ilin dekabrında vәtәndaşların әsas demokratik hüquqlarını tәsbit edәn imperiya qanununu qәbul etdi; 1849 ilin martında Almaniyanı konstitusiyalı monarxın başçılığı ilә konstitusiyalı monarxiyalar federasiyası elan edәn konstitusiya qәbul olundu. Konstitusiyada Almaniya vәtәndaşlarının hüquq vә azadlıqlarına zәmanәt verilir, ümumalman parlamentinin yaradılması nәzәrdә tutulurdu. F.m.m. Almaniya imperatoru taxtını Prussiya kralı IV Fridrix Vilhelmә tәklif etsә dә, sonuncu bu tәklifin qeyri-qanuni olması sәbәbindәn onu rәdd etdi. Bundan sonra Prussiya vә Avstriya öz nümayәndәlәrini F.m.m.-dәn geri çağırdı; mәclis Ştutqarta köçürülsә dә, iyunda Vürtemberq qoşunlarının tәzyiqi ilә buraxıldı. F.m.m. alman cәmiyyәti üçün ümummilli siyasi mәsәlәlәrin hәlli yolunda ilk demokratik tәcrübә idi.