Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRÁNKFURT-MAYN

    FRÁNKFURT-MAYN (Frankfurt am Main) – AFR-dә, Hessen federal әrazisindә şәhәr. Əh. 718 min (2016; әhalisinin sayına görә ölkәnin beşinci şәhәri). Mayn çayının hәr iki sahilindә, onun Reyn çayına töküldüyü yerin yaxınlığındadır. Avropanın әn iri nәql. qovşaqlarından biri. F.-M.-dan bir neçә yüksәksürәtli avtomagistral keçir. Ölkәnin әn iri d.y. vağzallarından biri F.-M.-dadır. Mayn çayında mühüm port. Ölkәdә әn iri beynәlxalq aeroport. Metropoliten (1968).

     Frankfurt-Mayn şәhәrindәn görünüş.

    İlk dәfә 794 ildә (Franconofurd – frank keçidi) Frankfurt sinodu yığıncaqlarının keçirildiyi yer kimi qeyd edilir. Mәskәnin yerlәşmәsi vә orada kral sarayının mövcudluğu Frank, sonralar Şәrqi Frank dövlәti krallarının bu әraziyә tez-tez gәlmәsinә sәbәb olmuşdur. Orta әsrlәrdә şәhәr tez-tez hoftaqların vә reyxstaqların (ümumimperiya yığıncaqlarının) mәkanı idi. 1152 ildәn alman krallarının, daha sonralar Qızıl bullada (1356 il) tәsbit edilmiş “Müqәddәs Roma imperiyası” imperatorlarının seçildi- yi, 1562 ildәn hәmçinin tacqoyma mәrasiminin keçirildiyi yer olmuşdur. 10 әsrin sonunda müdafiә divarı ilә әhatәlәnmişdir. Yazılı şәhәr hüququ haqqında ilk mәlumat 1297 ilә aiddir. Mühüm sәnәtkarlıq vә ticarәt mәrkәzi idi; kitab çapının ixtirasından sonra kitab yarmarkası mәşhur olmuşdur. 1372–1806 illәrdә azad imperiya şәhәri, 1806–13 illәrdә Reyn ittifaqı tәrkibindә, 1815–66 illәrdә Alman İttifaqının azad şәhәri vә onun ittifaq seyminin iclaslarının keçirildiyi yer idi. 1866 ildә Prussiyanın tәrkibinә daxil olmuşdur. 19 әsrin sonundan Almaniyanın iri sәnaye mәrkәzi olmuşdur. 1949 ildәn AFR-in tәrkibindәdir.

    Mayn çayının sağ sahilindә yerlәşәn, orta әsr memarlıq abidәlәri ilә zәngin olan Köhnә şәhәr 1944 ildә müttәfiqlәrin genişmiqyaslı bombardımanları nәticәsindә güclü dağıntıya mәruz qalmışdır. Əsasәn, 1950–80-ci illәrdә bәrpa olunmuş memarlıq abidәlәri: roman üslubunda Zalhof qәsri (12 әsr; hazırda Tarix muzeyinin bir hissәsidir), qotik üslubda Müq. Varfolomey baş kilsәsi (13 әsrin ortaları, 23 alman kral vә imperatorunun tacqoyma yeri olmuşdur), Müq. Nikolay (12–13 әsrlәr; 1458–67), Müq. Leonard (tәqr. 1219, 15–16 әsrlәrdә yenidәn tikilmişdir) kilsәlәri, Ratuşa (Römer; 14–19 әsrlәrә aid 3 binadan ibarәt kompleks), “Daş ev” (1464), Renessans üslubunda “Duz evi” (tәqr. 1600), Turn-i- Taksis sarayı (1731–39, 2004–10 illәrdә bәrpa edilmişdir). 1805 ildәn sonra Yeni şәhәrin perimetri boyunca olan istehkamlar bulvar vә parklarla әvәzlәnmiş, lakin Eşenhaymerturm (1428 ildә tamamlanmışdır), Rententurm (1455) vә Kuqgirtenturm (1490) qüllәlәri saxlanılmışdır. Şәhәrdә hәmçinin birja binası (1879), Köhnә opera (1880, 1981 ildә bәrpa olunmuşdur) var. Bruxfeldştrase, Praunhaym, Römerştadt vә s. rayonlar (hamısı 1926–30, memar E.May), hәmçinin şәhәr bazarı (1926–28), Müq. Xaç kilsәsi (1928–29, memar M.Veber) “Yeni F.-M” layihәsinә (1925) әsasәn rasionalizm ruhunda vә müasir hәrәkat mәcrasında inşa edilmişdir. Maynın sol sahilindә 1980-ci illәrdә Sahilboyu muzeylәr adlandırılan ansambl yaradılmışdır: Ştedel incәsәnәt institutu (1878, 1963 ildә bәrpa edilmişdir), tәtbiqi sәnәt (1803 ilә aid villa; yeni bina – 1985, memar R.Meyer), heykәltәraşlıq (baron X. fon Libiqin evi, 1892–96), alman memarlığı (1979–84, memar O.M.Ungers), kommunikasiyalar (1990, memar G.Beniş) muzeylәri vә s. F.-M.-da hәmçinin Müasir incәsәnәt muzeyi (1991, memar H.Hollyayn) vә bir çox göydәlәnlәr, o cümlәdәn “Deutsche Bank” (1984, memar V.Qaniq vә b.), “Commerzbank” (1997, memar N.Foster; hund. 259 m; Almaniyada әn hündür bina), Avropa Mәrkәzi Bankının (2014, “Coop Himmelb (l) au” memarlıq qrupu) binaları var. Şәhәrdә “Bethoven dühasına” abidә (1948, G.Kolbe) qoyulmuşdur.

     Frankfurt-Mayn. Römerberq meydanı.

    AFR çempionu (1959), AFR kubokunun (1974, 1975, 1981, 1988) vә UEFA kubokunun qalibi (1980) olan “Ayntraxt” futbol klubu (1899) F.-M.-ın әsas stadionunda “Kommersbank-Arena”da (50 mindәn artıq yer) çıxış edir. Şәhәrdә 1981 ildәn hәr il marafon yarışları keçirilir.

    Tәhsil, ETTKİ vә iqtisadiyyatda texnoloji innovasiyaların iri mәrkәzi, hәmçinin ölkәnin әsas mәdәniyyәt mәrkәzlәrindәn biridir. Elmi müәssisәlәr arasında Frankfurt qabaqcıl tәdqiqatlar in-tu (2003), Maks Plank Cәmiyyәtinin bir neçә elmi tәdqiqat in-tu (o cümlәdәn biofizika, beyin tәdqiqatları, Avropa hüquq tarixi); bir sıra alman vә transmilli korporasiyalarının elmi tәdqiqat vә elmi istehsalat laboratoriyaları var. Ən iri ali tәhsil müәssisәsi İ.V.Göte ad. un-tdir (1914). Digәr ali tәhsil müәssisәlәri: Tәtbiqi elmlәr un-ti (1971), Tәsviri sәnәt akademiyası (1957), Hox konservatoriyası (qeyri-dövlәt Musiqi akademiyası; 1878); Müq. Georgi ad. fәlsәfә vә ilahiyyat (1926), musiqi vә tәsviri sәnәt (1938), maliyyә vә idarәçilik (1957) ali mәktәblәri; çoxsaylı muzeylәr, o cümlәdәn İ.V.Götenin ev-muzeyi, şәhәr kitabxanası (1484), Almaniya milli kitabxanasının bölmәsi (8 mln.-dan çox çap vahidi; ikincisi Leypsiqdәdir); dram (1782), çoxjanrlı ingilis (1979) vә beynәlmilәl (әsası 1987 ildә qoyulmuşdur, indiki adı 1997 ildәn) teatrları, Frankfurt operası (1880), Frankfurt radiosunun simfonik orkestri fәaliyyәt göstәrir. Alman caz festivalı (1953 ildәn, hәr il) keçirilir.

     Frankfurt-Mayn. “Deutsche Bank”göydәlәni.

    Şәhәr iqtisadiyyatında xidmәt sferası böyük üstünlük tәşkil edir. F.-M. әn iri milli vә Aİ-nin әsas bank-maliyyә mәrkәzlәrindәn biridir. Avropa Mәrkәzi Bankı, Almaniya Federal Bankı, fond birjası (dünyanın aparıcı birja korporasiyalarından biri olan “Deutsche Börse”nin tәrkibindә), Almaniyanın aparıcı özәl kommersiya (ölkәnin әn iri “Deutsche Bank”, Commerzbank, DZ Bank daxil olmaqla) banklarının mәnzil-qәrargahları vә xarici bankların filialları, sığorta şirkәtlәri (Almaniya üzrә әsas mәrkәzlәrdәn olan) burada yerlәşir. F.-M. Avropanın müxtәlif növ işgüzar (konsaltinq, hesablama-mühasibat, reklam, hüquqi vә s.), informasiya-kommunikasiya vә nәql.-logistika xidmәtlәrinin, hәmçinin topdan vә pәrakәndә satışın mühüm mәrkәzlәrindәn biridir. Şәhәrin iş tәklif edәn başlıca strukturu Rein-Mayn aeroportudur (sәrnişin dövriyyәsi 61 mln. nәfәrdәn çoxdur, Avropada 3-cü, dünyada 11-ci yerdәdir; yük dövriyyәsi 2 mln. t-dan çoxdur, Avropada 1-ci, dünyada 8-ci yerdәdir, 2015). F.-M.-ın әsas d.y. vağzalı ildә tәqr. 165 mln. sәrnişinә xidmәt göstәrir. Şәhәr sәnaye, texnoloji, elmi-texniki sәrgi vә yarmarkaların keçirildiyi mühüm milli mәrkәzdir. “Frankfurt yarmarkası” (“Messe Frankfurt”; keçirilәn әmәliyyatların hәcminә görә dünyada 3-cü yer) beynәlxalq sәrgi kompleksi burada yerlәşir. F.-M.-da keçirilәn әn mühüm tәdbirlәr Beynәlxalq Frankfurt avtosalonu (2 ildәn 1) vә hәr il keçirilәn dünyanın әn iri kitab yarmarkasıdır. Münxen ilә yanaşı, F.-M. transmilli korporasiyaların (o cümlәdәn KPMG, “Ernst & Young”, “Deloitte Touche Tohmatsu” vә “PricewaterhouseCoopers” – audit vә konsaltinq; “Saatchi & Saatchi” vә “J. Walter Thompson” – reklam fәaliyyәti; “Nestlé” vә “Ferrero” – yeyinti sәnayesi; “Deutsch Bahn”ın törәmә şirkәtlәri) mәnzil-qәrargahlarının vә baş ofislәrinin yerlәşdiyi Almaniyanın mühüm mәrkәzidir.

    Sәnaye müәssisәlәrinin çoxu (o cümlәdәn Amerikanın “General Motors” konserninin törәmә şirkәti olan “Adam Opel”in baş z-du) şәhәrәtrafında yerlәşir. Şәhәrdә kimya sәnayesinin Almaniyada aparıcı klasterindәn biri yaradılmışdır. Sәnaye parkında 80-dәn çox kimya, әczaçılıq vә biotexnoloji mәhsullar istehsal edәn müәssisә var. Qabaqcıl elmi infrastruktur bazasında eksperimental (tәcrübi) istehsal, elmtutumlu vә yüksәktexnoloji (o cümlәdәn mikroelektronika istehsalı vә maşınqayırmanın digәr yüksәktexnoloji yarımsahәlәri) sahәlәr sürәtlә inkişaf etmişdir. Tamlı mәhsullar, poliqrafiya vә bir sıra digәr sәnaye sahәlәri üzrә müәssisәlәr fәaliyyәt göstәrir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN