FRÁNKFURT-ÓDER (Frankfurt an der Oder) – AFR-dә, Brandenburq federal әrazisindә şәhәr. Əh. 58,2 min (2017). Oder çayı sahilindә port. D.y. qovşağı.
Frankfurt-Oder. Şәhәr ratuşası. 13 әsr.
13 әsrdә salınmış, 1253 ildә şәhәr statusunu almışdır. 1430 ildә Hanza ittifaqına qoşulmuşdur. Poznan ilә Berlin arasında yerlәşdiyindәn 19 әsrdә Prussiya ticarәtindә mühüm rol oynamışdır. İkinci dünya müharibәsi (1939–45) dövründә ciddi dağıntılara mәruz qalmış, sonralar yenidәn bәrpa olunmuşdur. Müharibәdәn sonra Oder çayı boyunca Almaniya ilә Polşa arasında bölüşdürülmüşdür (şәhәrin Polşaya aid, çayın ş. sahilindәki hissәsi Slubitse adlanır). 1949–90 illәrdә Almaniya Demokratik Resp.-nın tәrkibindә olmuşdur.
Viadrina un-ti (1506), Henrix fon Kleyst fransiskçilәr monastırı (tәqr. 1300 il; 16 әsrdә renessans üslubuna uyğunlaşdırılmışdır) vә s. var.
Yarımkeçiricilәr, tikinti konstruksiyaları vә materialları z-dları; ağac emalı vә yeyinti sәnayesi müәssisәlәri; İES var.