Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANKLAND 

    FRANKLAND EDUARD (18.1.1825, Çörçtaun, Lankaşir – 9.8.1899 Norveç) – ingilis üzvi kimyaçısı. London Kral Cәmiyyәtinin üzvü (1853 ildәn), London Kimya Cәmiyyәtinin prezidenti (1871–73), Peterburq EA-nın әcnәbi m. üzvü (1876 ildәn). Londonda Praktiki Geologiya Muzeyindә (1845 ilәdәk), Marburq Un-dә R.V.Bunzenin rәhbәrliyi altında tәhsil almışdır (fәlsәfә doktoru 1849 il). Mançestrdә Ouens-Kollecin prof.-u (1851 ildәn), Londonda Sent-Bartolemyu hospitalında (1857 ildәn), Kral İnstitutunda (1863 ildәn) vә Kral Kimya Kollecindә (1865–85) işlәmişdir.

    Tәdqiqatları ümumi vә üzvi kimyanın bir sıra istiqamәtlәrini әhatә edir. A.B.Q.Kolbenin rәhbәrliyi ilә etilsianidin sabunlaşmasından propion turşusu almış vә belәliklә, spirtlәrdәn nitrillәrin, onlardan isә karbon turşularının alınma üsulunu işlәyib hazırlamışdır. Qalay vә civәnin alkil törәmәlәrini almış, “metal-üzvi birlәşmәlәr” terminini elmә daxil etmişdir. Müxtәlif elementlәrin doyma qabiliyyәtini müşahidә vә metalların üzvi birlәşmәlәrini qeyri-üzvi birlәşmәlәr ilә müqayisә edәrәk valentlik anlayışının sәlәfi olan “birlәşdirici” qüvvә anlayışını irәli sürmüşdür. Bor vә litiumun üzvi birlәşmәlәrini sintez etmişdir (1862). Sinkalkillәrin alınma üsullarını hazırlamışdır. Onları sintezlәrdә istifadә etmәklә propion, metakril turşularını vә müxtәlif oksiturşuları almışdır. Azot, fosfor, arsen vә stibiumun 3 vә 5 valentli olmasını müәyyәnlәşdirmişdir. Atmosfer tәzyiqinin yanmaya tәsirini tәdqiq etmişdir (1861–68).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN