Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRÁNKLİN Bencamin 

    FRÁNKLİN Bencamin (Veniamin) (17.1. 1706, Boston – 17.4.1790, Filadelfiya) – Amerika dövlәt vә ictimai xadimi, tәbiәtşünas, filosof, London Kral Cәmiyyәtinin üzvü (1756).

     C.Duplesis. “Bencamin Franklin”. 1785. Milli portret qalereyası (Vaşinqton).

    İngiltәrәdәn gәlmә çoxuşaqlı sәnәtkar ailәsindә doğulmuşdur. Şam emalatxanasında, mәtbәәdә işlәmişdir. 1723 ildә Filadelfiyaya, sonralar Londona köçmüşdür. 1726 ildә Amerikaya qayıtmış, 1727 ildә Filadelfiyada qarşılıqlı maariflәnmә vә özünütәkmillәşdirmә dәrnәyini yaratmışdır. 1728 ildә Filadelfiyada mәtbәәnin şәrikli sahibi vә müdiri olmuşdur. 1729 ildә “Pensilvaniya qәzeti”ni (“Pennsylvania Gazette”) nәşr etdirmәyә başlamış, 1731 ildә Filadelfiyada evә kitab sifariş edәn abunәçilәrin vәsaiti hesabına Şimali Amerika müstәmlәkәlәrindә ilk kütlәvi kitabxana yaratmışdır. 1732 ildәn böyük tirajla ictimai-maariflәndirici “Miskin Riçardın almanaxı” salnamәsini nәşr etdirmişdir. 1736 ildә nümayәndәli orqan olan Pensilvaniya Mәclisinin katibi, 1751 ildә üzvü seçilmişdir. 1737 ildә Filadelfiyanın poçtmeysteri tәyin edilmişdir. 1740-cı
    illәrdәn elmi tәdqiqatlarla mәşğul olan F. bir neçә elmi cәmiyyәtin üzvü, bir sıra Amerika vә Avropa un-tlәrinin fәxri üzvü olmuşdur. 1743 ildә Filadelfiyada Amerika Fәlsәfә Cәmiyyәtini yaratmışdır. 1749 ildә Filadelfiyada hamı üçün әlçatan olan orta mәktәbin – Akademiyanın (sonradan Pensilvaniya Un-tinin әsasını tәşkil edәn tәhsil müәssisәlәrindәn biri) yaradılmasını tәklif etmişdir. 1753–74 illәrdә bütün Şimali Amerika müstәmlәkәlәrinin baş poçtmeysterinin müavini idi. 1754 ildә Britaniya hakimiyyәt orqanları tәrәfindәn Olbanidә (Nyu-York әyalәti) çağırılmış yeddi Britaniya müstәmlәkәsi nümayәndәlәrinin konqresindә Britaniya krallığının himayәsi altında müstәmlәkәlәr ittifaqının yaradılması planını irәli sürmüşdür. 1757–62 vә 1764–75 illәrdә Pensilvaniya vә bir sıra digәr Amerika müstәmlәkәlәri kolonistlәrinin maraqlarının B.Britaniyada tәmsilçisi olmuşdur. Tәdricәn Şimali Amerika müstәmlәkәlәrinin B.Britaniyadan ayrılmasının zәruriliyi qәnaәtinә gәlmişdir.

    Şimali Amerikada istiqlaliyyәt müharibәsi (1775–83) gedişindә Filadelfiyada keçirilәn ikinci Kontinental konqresә Pensilvaniyadan nümayәndә seçilmişdir. ABŞ-ın İstiqlal bәyannamәsi (1776) layihәsini hazırlayan “Beşlәr komitәsi”nә daxil olmuşdur. 1776 ildә ABŞ tarixindә ilk baş poçtmeyster tәyin edilmiş, sonra isә Kontinental konqres tәrәfindәn diplomatik missiya ilә Fransaya göndәrilmişdir. F.-in fәaliyyәti yeni yaradılmış Amerika dövlәtinin beynәlxalq mövqeyinin möhkәmlәnmәsinә böyük töhfәlәr vermişdir. ABŞ adından Amerika-Fransa müqavilәsini (1778) vә B.Britaniyanın ABŞ-ın müstәqilliyini tanımasına dair Versal sülh müqavilәsini (1783) imzalamışdır.

    Parisdә olduğu müddәtdә (1776–85) Avropada yeni Amerika sivilizasiyasının parlaq nümayәndәsi kimi populyarlaşmışdı. Fransada Maarifçilik cәrәyanının aparıcı nümayәndәlәri ilә yaxın münasibәtdә olmuşdur. 1785 ildә ABŞ-a qayıtmış, Pensilvaniya ştatının prezidenti vә Konstitusiya konventinin üzvü (1787) seçilmişdir. Konventdә ABŞ konstitusiyasının qәbul edilmәsindә mühüm rol oynamışdır. 1789 ildә, ölümündәn bir müddәt öncә “Pensilvaniya Cәmiyyәti adından kölәliyin lәğvi vә qeyri-qanuni olaraq әsarәtdә saxlanılan azad zәncilәrә yardım haqqında әhaliyә müraciәt” yazmışdır.

    F.-in maraq dairәsi heyrәtamiz genişliyi, elmi tәdqiqatları isә praktiki sәciyyә daşıması ilә seçilirdi. Müxtәlif elektrik hadisәlәrini öyrәnәn F. İldırımötürәni icad etmiş, sәrfәli “Franklin sobası”nı (buxarı) yaratmış, bifokal eynәk ixtira etmişdir. Onun tәklifi ilә Qolfstrim adlandırılmış okean axınının elmi tәdqiqinin tәşәbbüskarı olmuşdur. İqtisadi proseslәri araşdırarkәn, A.Smitdәn asılı olmayaraq müәyyәnlәşdirmişdir ki, әmtәә dәyәrinin әsasını insan әmәyi tәşkil edir. Sahibkarlıq etikasına dair publisistik pamfletlәrin müәllifidir. Fәlsәfi-dini baxışlarında deizmә meyil etmiş, dünyanın Allah iradәsi ilә yaranması, lakin öz qanunları ilә idarә olunması müddәasına әsaslanmışdır.

    F. 18 әsrdә Amerikada Maarifçilik cәrәyanının әn görkәmli nümayәndәlәrindәn biri, sosial mәnşәyindәn asılı olmayaraq bütün insanların hüquq bәrabәrliyinә dair demokratik ideyaların carçısı olmuşdur.

    F.-in әsәrlәri dönә-dönә nәşr edilir. Onun surәti portretlәrdә, abidәlәrdә, poçt markalarında, 100 dollarlıq ABŞ әsginazında әks olunmuşdur. Filadelfiyada Franklin Xatirә İn-tutu yaradılmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN