FRÁNKLİN Con (16.4.1786, Spilsbi, Linkolnşir – 11.6.1847, Kinq-Uilyam a.) – ingilis qütb tәdqiqatçısı, dәniz zabiti. 1819– 22 vә 1825–27 illәrdә Şimali Amerikanın şm. sahillәrinin tәdqiqi ilә mәşğul olan ekspedisiyalara rәhbәrlik etmişdir. 1836–43 illәrdә Tasmaniyanın qubernatoru olmuşdur. 1845 ildә “Erebus” vә “Terror” gәmilәrindә Şimal-Qәrb keçidini axtaran ekspedisiyaya başçılıq etmişdir. Ekspedisiyanın qalıqları 1857–59 illәrdә F.L.Mak-Klintok tәrәfindәn Kinq-Uilyam a.-nda tapılmışdır. Alyaska vә Kanadada burun, dağlar, körfәz vә boğaz F.-in şәrәfinә adlandırılmışdır.