FRANKLİN (Franklin) Rozalind (25.7.1920, London – 16.4.1958, orada) – ingilis biofiziki, rentgenoqrafı. Kembric Un-tini bitirmişdir (1941; doktorluq dәrәcәsi 1945). 1950 ildәn London Un-tindә işlәmişdir. O, rentgen difraksion analiz texnikasını tәkmillәşdirmişdir; bu da DNT molekulunun yüksәk keyfiyyәtli rentgenoqramının alınmasına sәbәb oldu vә onun ikili spiral şәklindә mövcudluğu göstәrildi. DNT-nin iki formasının (A vә B) olduğunu kәşf etmişdir (R.Qoslinqlә birlikdә). Tütün mozaikası vә polimielit viruslarının rentgenoqramını ilk dәfә alanlardan biridir.