FRÁNKLİN KÖRFƏZİ (Franklin Bay) – Kanadanın şm.-ında Amundsen körfәzinin (Bofort dәnizi) bir hissәsi; ş.-dәn Parri y-a ilә hüdudlanır. Uz. 80 km, eni girişdә 90 km, dәrinliyi 160 m-әdәkdir. Oktyabrdan iyuladәk buzla örtülü olur. Körfәzә Xorton çayı tökülür. 1826 ildә Arktika tәdqiqatçısı C.Riçardson tәrәfindәn kәşf olunmuşdur. C.Franklinin şәrәfinә adlandırılmışdır.