Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRÁNKO, Franko Baamonde Fransisko

    FRÁNKO, F r a n k o  B a a m o n d e  F r a n s i s k o (Franco Bahamonde) (4.12.1892, Qalisiya, El-Ferrol – 20.11.1975, Madrid) – İspaniya dövlәt vә hәrbi xadimi. Dәniz zabiti ailәsindәndir. 1907 ildә Toledoda Hәrbi Piyada Akademiyasına daxil olmuşdur. Hәrbi karyerasına XIII Alfonsonun hakimiyyәti dövründә İspaniyanın Mәrakeşdәki müstәmlәkә qoşunlarında mayor (1917) kimi başlamış, әcnәbi ispan legionunun komandan müavini (1920), legion komandanı (1923), briqada gen.-ı (1926), Saraqosadakı Baş Hәrbi Akademiyanın direktoru (1928) olmuşdur. İkinci respublikanın elan edilmәsindәn vә akademiyanın bağlanmasından sonra vәzifәsi aşağı sa- lınmış, La-Korunyadakı piyada briqadasının komandanı tәyin edilmiş, sonra Balear a-rına köçürülmüşdü. 1933 il seçkilәrindә sağ partiyaların qәlәbәsindәn sonra Asturiya üsyanının (1934) yatırılmasına rәhbәrlik etmişdir. 1935 ildә Baş qәrargah rәisi tәyin olunmuşdur. Xalq cәbhәsinin qәlәbәsindәn (1936, 16 fevral) sonra Kanar a-rına göndәrilmişdir. Respublikanı qәbul etmәdiyinә baxmayaraq, hәrbi qiyama hazırlıq zamanı tәrәddüd keçirmiş, sui-qәsddә fәal iştirak etmәmişdir. Son mәqamda qiyama qoşularaq Kanar a-rından İspaniya Mәrakeşinә gәlmiş (1936, 19 iyul), üsyan qaldırmış silahlı qüvvәlәrә başçılıq etmişdir. İspaniya müstәmlәkә qoşunlarının İspaniyaya daşınmasını tәmin etmәk mәqsәdilә hәrbi yardım üçün B.Mussolini vә A.Hitlerә müraciәt etmişdir. İtaliya vә Almaniyanın dәstәyi F.-nun qiyamçılar arasında nüfuzunun artmasına sәbәb olmuşdur. 1936 ilin sentyabrında baş komandan vә millәtçilәrin hökumәt sәdri seçilmәsinin ardınca F. özünü dövlәt başçısı elan etmişdir. Vәtәndaş müharibәsi (1936–39) [bax İspaniya inqilabı (1931–39)] zamanı hәrbi әmәliyyatlara rәhbәrliklә yanaşı, özünün şәxsi hakimiyyәtini möhkәmlәndirәrәk yeni siyasi rejim qurmuşdur (bax Frankizm). İspaniya falanqasının lideri X.A.Primo de Riveranın öldürülmәsindәn (1936, 20 noyabr) az sonra F. karlistlәrin falanqa ilә birlәşmәsinә (1937, 19 aprel) nail olmuş, “ali kaudilyo”, “Allah vә Tarix qarşısında mәsul şәxs” kimi birlәşmiş partiyaya rәhbәrlik etmişdir. Vәtәndaş müharibәsindә qәlәbәsindәn (1939, 1 aprel) sonra ömrünün sonunadәk (1975, 20 noyabr) falanqanın rәhbәri vә generalissimus qalmaqla, İspaniyanın qeyri-mәhdud icraedici vә qanunverici hakimiyyәtә malik dövlәt başçısı olmuşdur. İkinci dünya müharibәsi illәrindә Almaniyanın tәzyiqlәrinә baxmayaraq bitәrәfliyini saxlasa da, SSRİ-yә qarşı Şәrq cәbhәsinә “Mavi diviziya” göndәrmişdi. Antihitler koalisiyasının qәlәbәsindәn sonra İspaniyanı beynәlxalq alәmdәn tәcrid etmәk hesabına hakimiyyәtini saxlamışdı. “Soyuq müharibә” iştirakçıları arasındakı ziddiyyәtlәrdәn istifadә edәrәk ABŞ-la yaxınlaşmışdı. Hakimiyyәti dövründә repressiv sәciyyәli rejimi dәstәklәyәn müxtәlif cәrәyanlar vә siyasi qruplaşmalar arasında manevr etmәyә müvәffәq olmuşdur. 1947 ildә dövlәt başçısı vәzifәsinin varisiyi haqqında qәbul olunmuş qanuna әsasәn İspaniya monarxiya elan edilmiş, F.-ya isә gәlәcәk kralı seçmәk hüququ verilmişdi. 1948 ildә XIII Alfonsonun nәvәsi Xuan Karlosun (bax I Xuan Karlos) İspaniyaya gәlәrәk tәhsil almasına dair razılıq әldә olunmuşdu; lakin 1969 ilәdәk, F.-nun onu rәsmәn varisi kimi tәqdim etmәsinәdәk, onun kral olacağına dair zәmanәt yox idi. F. ömrünün sonunda Parkinson xәstәliyindәn әziyyәt çәkirdi. Ölümündәn sonra I Xuan Karlos İspaniya kralı olmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN