Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANKÓ İvan Yakovleviç 

    FRANKÓ İvan Yakovleviç (27.8.1856, Ukrayna, indiki Lvov vil., Droqobıç r-nunun Naquyeviçi k.) – 28.5.1916, Lvov) – Ukrayna yazıçısı, ictimai xadim. Ukrayna, polyak, rus, alman dillәrindә yazmışdır. Varlı kәndli ailәsindә doğulmuşdur. 1875 ildә Lvov Un-tinin fәlsәfә fakültәsinә daxil olmuşdur; 1877 ildә sosialist baxışlarına görә Avstriya hökumәti tәrәfindәn hәbs edildiyi üçün tәhsilini yarımçıq qoymağa mәcbur olmuşdur (1891 ildә bitirmişir). 1870–90-cı illәrdә demokratik yönlü jurnallar (“Qromadski druq”, “Molot”, “Narod” vә s.) tәsis etmişdir. Hәbslәrә mәruz qalmışdır (1880, 1889). Rus-Ukrayna radikal partiyasının (1890) yaradıcılarından biri (M.İ.Pavliklә birgә) olmuşdur. 1893 ildә Vyanada doktorluq
    dissertasiyası müdafiә etmiş; Lvov un-tinin prof.-lar kollegiyası tәrәfindәn dosent vәzifәsinә dәvәt almış, lakin müәllimlik etmәsinә icazә verilmәmişdir. Şair kimi әdәbi debütü “Xalq mahnısı” (1874) şeiri ilә olmuşdur. Ukrayna poeziyasını yeni mәzmun vә forma ilә zәnginlәşdirәn, әdәbiyyata mübarizlik mövzusu gәtirәn “Zirvәlәrdәn vә düzәnliklәrdәn” (1887; 2-ci nәşri 1893), “Solğun yarpaqlar” (1896), “Qәmli günlәrdәn” (1900) vә s. topluların müәllifidir. Poemalarının mәrkәzindә Qalisiyanın koloritli hәyat tәrzinin tәsviri dayanır (“Panların әylәncәsi”,1887; “İnsancasına”, 1890; “Dәmirçi Bassim”, 1900; “Müdhiş mәhkәmә”, 1906 vә s.) 1905 ildә yazdığı “Moisey” fәlsәfi poemasında Ukrayna xalqının taleyi haqqında düşüncәlәri әks olunmuşdur. F.-nun nәsri 19 әsr Qalisiya hәyatının geniş panoramını әks etdirir: “Hәyatın dibindә” (1880), “Borislav gülür” (1881–82, dәfәlәrlә ekranlaşdırılmışdır), “Lel vә Polel” (1887), “Cәmiyyәtin sütunları” (1894–95), “Ailә üçün” (1897), “Qarışıqlıq” (1900) povest vә romanları; “Alın tәri ilә” (1890) hekayәlәr toplusu, “Zaxar Berkut” tarixi povesti (1883, B.N.Lyatoşinskinin operası, 1930 vә s., 1972 ildә ekranlaşdırılmışdır), dram әsәrlәri, tәrcümәlәri (o cümlәdәn Götenin “Faust”u”), “Ukrayna әdәbiyyatı tarixi. Birinci hissә. Ukrayna әdәbiyyatının başlanğıcından İvan Kotlyarevskiyәdәk” adlı elmi әsәri, tarixi, fәlsәfi, siyasi mövzularda mәqalәlәri var. Romantizm elementlәrinin naturalizmrealizm әlamәtlәri ilә birlәşdiyi F.-nun yaradıcılığı Ukrayna әdәbiyyatının inkişafına әhәmiyyәtli tәsir göstәrmişdir. İvano-Frankovsk ş. yazıçının adını daşıyır, Kiyevdә, Lvovda, Vankuverdә abidәsi qoyulmuşdur. Anadan olmasının 100 illiyi Ümumdünya Sülh Şurasının qәrarı ilә qeyd edilmişdir.

    Ə s ә r l ә r i: Соч., т. 1–10, М., 1956–59; Избр. соч., в 50 т. Киев, 1976–86.

    Əd.: X ә l i l o v P. Türk xalqlarının vә şәrqi slavyanların әdәbiyyatı. B., 1994.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN