Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANKÓNİYA 

    FRANKÓNİYA (lat. Franconia; alm. Franken) – Almaniyada tarixi vil. Adı Merovinqlәr dövründә Maynın hәr iki sahilindәki torpaqları tabeliyinә keçirmiş frank tayfasının adındandır. 9 әsrin sonlarından F. Babenberqlәr ilә Konradinlәr arasında mübarizә meydanına çevrilmişdir; qalib gәlmiş I Konrad Şәrqi Frank krallığının digәr tayfa hersoqluqlarının hakimlәri ilә eyni hüquqa sahib olmuşdur. 939 ildә F. torpaqları I Otton tәrәfindәn tabe edilmişdir. Sonralar “F.” adı Vürsburq, Bamberq vә Ayxştett yepiskopluqlarının yalnız ş. hissәsinә, hәmçinin Nürnberq, Rotenburq vә digәr şәhәrlәrә şamil olunmuşdur. Qәrbi, yaxud Reyn F.-sı (Mayns, Vorms vә s. şәhәrlәrlә birlikdә) bir sıra müstәqil feodal mülklәrinә parçalanmışdır. 1168 ildә I Fridrix Barbarossa Vürsburq yepiskoplarının F. hersoqu titulunu tәsdiqlәmişdir. F. torpaqları Almaniyada kәndli müharibәsinin (1524–26) әsas rayonlarından biri olmuşdur. 1803 ildә Bavariya (әrazinin çox hissәsi), Vürtemberq vә Baden arasında bölüşdürülmüşdür. Bundan sonra “F.” adı Bavariyanın üç dairәsinin (Yuxarı, Orta vә Aşağı F.) vә frankoniyalıların adında saxlanılmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN