FRANKÓNİYA MEŞƏSİ (Frankenwald) – AFR-dә Türingiya Meşәsi ilә Filizli dağlar arasında yastı zirvәli dağ massivi. Hünd.795 m-әdәk. Qneyslәrdәn, qismәn qranit vә gil şistlәrindәn ibarәtdir. Dik yamaclı dәrәlәrlә parçalanmışdır. Küknar vә şam meşәlәri ilә örtülüdür.