Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANKÓNİYA SÜLALƏSİ

    FRANKÓNİYA SÜLALƏSİ, S a l i k  s ü l a l ә s i – 1024–1125 illәrdә Şәrqi Frank krallığının kral vә Müqәddәs Roma imperiyasının imperator sülalәsi. Saksoniya sülalәsini әvәz etmişdir. Sülalәnin nәsli mülklәri Qәrbi Frankoniyada (Şpayerqau, Vormsqau) yerlәşirdi. Banisi I Verner (ö. 814) hesab olunur. Yüksәlişi IV Vernerin (ö. 917 il ilә 919 il arasında) vә onun nәvәsi, Frankoniya hersoqluğunun varisi, hәmçinin I Ottonun qızı ilә nikahı nәticәsindә Lotaringiya hersoqu [944–954] olmuş Kürәn Konradın (ö. 955) hakimiyyәt dövrünә tәsadüf edir. Kürәn Konradın oğlu Vormslu I Otton (ö. 1004) Frankoniya mülklәrinin varisi olmaqla yanaşı, Böyük Karantaniyanın [978–985] vә Karantiyanın [1002–04] hersoqu idi. Şәrqi Frank krallığının ilk kralı german әyanları tәrәfindәn seçilmiş, Ottonun nәvәsi II Konrad [1024– 39 illәrdә kral; 1027 ildәn imperator] olmuşdur. F.s.-nin әn qüdrәtli dövrü III Henrixin hakimiyyәt illәridir. 1041 ildә Bohemiya tabe edilmiş, Macarıstan len asılılığına salınmışdı. Hәlә Saksoniya sülalәsi dövründә başlamış “imperiya kilsәsi” siyasәti nәticәsindә F.s. krallarının papalıq vә yepiskopluğa tәsiri әn yüksәk hәddә çatmışdı. IV Henrixin hakimiyyәti dövründә F.s. siyasi böhran keçirirdi. Kral hakimiyyәtinin öz mövqeyini vә Saksoniyada әmlak hüquqlarını möhkәmlәndirmәk cәhdlәri Saksoniya üsyanına (1073–75) sәbәb olmuşdu. IV Henrixin dövründә başlamış vә onun oğlu V Henrixin [1106–25 illәrdә kral, 1111 ildәn imperator] dövründә davam etdirilmiş investitura uğrunda mübarizә nәticәsindә german imperatorları faktiki olaraq kilsә vәzifәlәrinә tәyin etmәk hüququndan mәhrum olmuş, ailәlәrindәn yeni yepiskopları seçәn kilsә kapitulları çıxan knyazların mövqeyi möhkәmlәnmişdi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN