FRANKÓNİYALILAR – AFR-dә Reynin orta axarı boyu vә Mayn hövzәsi vil.-lәrindә mәskunlaşmış almanların qrupu. Alman dilinin orta alman qrupu dialektlәrinin yerli frank lәhcәlәrindә danışırlar. Dindarları, әsasәn, xristiandır. F.-ın etnik әsasını alemanlar, bavarlar, hәmçinin gesslәrlә qismәn qaynayıb-qarışmış vә 9 әsrin sonunda Frankoniya hersoqluğunu yarat- mış franklar tәşkil edir. Etnoqrafik baxımdan F. digәr vilayәtlәrdә yaşayan almanlardan maddi vә mәnәvi mәdәniyyәtlәrinin bәzi xüsusiyyәtlәrinә görә fәrqlәnirlәr.